Bu gün Azərbaycan Polisinin yaradılmasının 108-ci ildönümü qeyd olunur.
Azərbaycan polisi asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də ölkədə təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyət göstərir.
Müstəqillik dövründə polis orqanlarının maddi-texniki bazası gücləndirilib, kadr hazırlığı təkmilləşdirilib və xidmət müasir tələblərə uyğun inkişaf etdirilib.
Qeyd edək ki, hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu münasibətlə daxili işlər orqanlarının əməkdaşları və veteranları peşə bayramlarını qeyd edirlər.