SEPAH ölkənin şimal-qərbində həyata keçirilən əməliyyat zamanı diversiya törətmək məqsədilə İran ərazisinə daxil olmağa çalışan silahlı qrupun tamamilə zərərsizləşdirildiyini açıqlayıb.
Məlumata əsasən, qrup kəşfiyyat tədbirləri nəticəsində müəyyən olunub və sonradan İran qüvvələrinin təşkil etdiyi pusquya düşüb. Hadisə Piranşəhr şəhəri yaxınlığındakı dağlıq ərazidə atəş dəstəyi ilə keçirilən əməliyyat zamanı baş verib.
SEPAH-ın məlumatına görə, beş nəfərdən ibarət qrupun bütün üzvləri öldürülüb. Əməliyyat zamanı onların silah və sursatı da müsadirə edilib.
Qurum bəyan edib ki, İranın şimal-qərb sərhədlərində təhlükəsizliyi pozmağa yönələn istənilən cəhd bundan sonra da qətiyyətlə qarşısı alınacaq./globalinfo