Homepage / Məxfi plan SIZDIRILDI - Ukrayna 2027-ci ildə NƏYƏ HAZIRLAŞIR

Məxfi plan SIZDIRILDI - Ukrayna 2027-ci ildə NƏYƏ HAZIRLAŞIR

Sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) 2027-ci ilin yaz-yay aylarında həyata keçirəcəyi ehtimal olunan hücum əməliyyatının xəritəsi yayılıb.

Paytaxt.org xəbər verir ki, Çin dilində fəaliyyət göstərən “W_News” kanalı bununla bağlı infoqrafika dərc edib.

Bildirilir ki, əməliyyatın əsas hədəfləri Ukraynanın cənub ərazilərinin geri qaytarılması, Azov dənizinə çıxışın əldə olunması və Krıma gedən quru dəhlizinin kəsilməsi ola bilər. 

Bununla belə, qeyd olunur ki, söhbət Ukrayna Silahlı Qüvvələrinin rəsmi planından deyil, məhz sözügedən kanal tərəfindən təqdim edilən ssenaridən gedir.Musavat.com


Bu gün, 18:20
Go back