ANALİZ / BANNER

Vəzifəli şəxs istintaqa çağırıldı: “Bioloji Təbabət”ın sahibi ilə Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovanın ortaq biznesi ÜZƏ ÇIXDI

post-img

Elxan Yaqubovun adı ölüm işində hallanıb?… 


Bəzən apardığımız  jurnalist araşdırmaları zamanı “Kimin əlinin kimi cibindən  çıxdığını”  görəndə adam mat-məəttəl qalır.  Və düşünürsən ki, bunların arasında hansı əlaqə ola bilər..? Amma… Əmması odur ki, 30 ildən çoxdur yaşadığımız kapitalizm formasiyasında hər şey mümkündür. Sözün düzü, “Bioloji Təbabət Klinikası”nın  sahibi Elxan Yaqubovla  Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovanın  biznes şərikliyini görəndə xeyli təəccübləndik. Amma unutmayaq ki, İradə Gülməmmədovanın ailə üzvlərinin, həyat yoldaşınn, qardaşının və s adına  xeyli sayda klinikalar, apteklər var. Bəli, sabiq icra başçısının həyat yoldaşı  Yolçu Katamzya oğlu  Gülməmmədovun adına xeyli sayda apteklər və özəl tibbi müəssisələri var. Və  Yolçu Gülməmmədovun “Vimay-Med” Tibb Mərkəzi, həm də  “Afgen” Klinikası  “Bioloji Təbabət Klinikası” ilə  birgə fəaliyyət göstərir. Yeri gəlmişkən, “Vimay-Med”  və “Afgen” Klinikasının təsisçilərindən biri də Türkiyə vətəndaşı Səlcuq İbrahimdir. Qanuni təmsilçisi isə Yolçu Gülməmmədovdur. Bəli, İradə Gülməmmədovanın klinikası ilə Elxan Yaqubovun “Biloji Təbabət Klinikası”  təkcə bir binada yerləşmir, həm də… “Afgen” Klinikasında gen xəstəliklərinin müayinəsi və müalicəsi aparılır. Bioloji Təbabət Klinikasında isə əsasən reabilitasiya və fizioterapiya, osteopatiya, xroniki yaraların sağaldılması, kosmetologiya və digər xidmətlər göstərilir. Bu müəssisədə müalicə olunan pasiyentlərə lazım olan dərmanları da elə klinikaya bağlı fəaliyyət göstərən “Planeta”  (Elxan Yaqubov) apteklər şəbəkəsi  satır. İradə  Gülməmmədova ilə  Elxan Yaqubovun daha dərin münasibətləri, daha doğrusu, biznes münasibətləri barədə uzun-uzadı danışmaq istəmirik. Çünki yazının əsas mövzusu, İradə Gülməmmədova deyil, Elxan Yaqubovdur. Media üzərindən apardığımız  araşdırma zamanı  Elxan  Yaqubova məxsus  apteklərdə  “şübhəli”  dərmanların satılması, hətta onun istintaqa  çağırılması barədə də  xeyli informasiyalar var. Bəli, Elxan Yaqubovun adı mediada daha kimlərlə hallanmır. 

Təsəvvür edirsiniz, reputasiyası bu qədər şübhəli klinikanın haralarda  filialları yoxdur. Bəli, Bioloji Təbabət Klinikasının ölkədə üç yerdə Sumqayıtda, Göyçayda və Masallıda, xaricdə isə Türkiyədə filialı var. Bu boyda şəbəkə göydən düşə bilməzdi. Deməli, bu şəbəkənin arxasında ciddi bir mərkəz var. Biz  biloji təbabətin nə olduğu, Elxan Yaqubovun keçdiyi həyat və biznes yolu barədə uzun-uzadı yazmaq istəmirik. Amma xüsusi olaraq onu qeyd edək ki, əslən Göyçay rayonundan olan  Elxan Yaqubov  rayon səhiyyə şöbəsi, Rayon Mərkəzi Xəstəxanası ilə  gizli sövdələşmələr edir. Belə ki,  Elxan Yaqubov  öz müsahibəsində müasir tibbi avadanlıqlardan danışır, hətta deyir ki, bu başqa klinikalarda yoxdur. Hətta onu da deyir ki, bizdə elə müayinə üsulları var ki, qulağın məməciyindən götürülən bir damla qanı qaranlıq sahəli mikraskopda analiz etməklə orqanizmdəki gizli qalan bir çox xəstəlik haqda məlumat ala bilirik. Hansı ki, bu məlumatları heç bir başqa laboratoriyada etmək olmur. Birincisi ondan başlayaq ki, Elxan Yaqubov deyir ki, böyük pullar xərcləyib xaricdən ən müasir tibbi aparatlar gətirmişik. Əgər belədirsə, niyə..? Bəli, Səhiyyə Nazirliyinin dövlət vəsaiti hesabına alıb Göyçay  Mərkəzi Xəstəxanasına verdiyi  ən bahalı  müayinə aparatları nə üçün  “Bioloji Təbabət Klinikası”na aparılıb..? Bəs deyirsən xaricdən baha qiymətə almışıq, cənab Elxan Yaqubov..? Sizə məxsus “Planeta”  apteklər şəbəkəsində nələr satılmır, cənab Elxan Yaqubov..? Yeri gəlmişkən, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov Səhiyyə Nazirliyinin rayona verdiyi bahalı tibbi avadanlıqları  dostu Elxan Yaqubovun “Bioloji Təbabət Klinikası”na bağışlayıb. 

Deməli, dövlət vəsaiti hesabına alınan tibbi avadanlıqları Elxan Yaqubov pullu xidmətə yönəldib. Budur sizin ölkəyə  gətirmək istədiyiniz  müasir  tibbi xidmət, cənab  Yaqubov..? Yeri gəlmişkən, Göyçayın baş həkimi Elçin Bilalov vaxtilə  “Bioloji Təbabət” xəstəxanasında dərman  alveri edirmiş. Hələ bunlar harasıdır..? Qalmaqallı “Bioloji Təbabət” klinikasının rəhbəri  Elxan Yaqubovun adı deyilənə görə, ölüm işində hallanır. Amma bu məsələnin ciddiliyini nəzərə alaraq Elxan Yaqubovla dəfələrlə telefon əlaqəsinə çıxmaq istəsək də heç bir nəticə əldə edə bilmədik. Növbəti yazımızda Elxan Yaqubovun istintaqa çağırılmasından, onun Azər Əliyevlə yaxın münasibətlərindən və kimin   adından istifadə etməsindən bəhs edəcəyik.

Mənbə: Gundelik-baku.com 




Oxşar xəbərlər