ANALİZ / BANNER

Türkiyənin real Qəzza planının ŞOK DETALLARI

post-img

"Ankara Qəzza zolagının blokadasını yarmaq üçün blokadadan istifadə edir,lakin bu üsullar nəticə verməsə,başqa vasitələrə müraciət edilə bilər". Bu sözlərin müəllifi Türkiyənin xarici işlər naziri Hakan Fidandır.
Birincisi,Hakan Fidan uzun illər Türkiyə kəşfiyyatına rəhbərlik edib və Yaxın Şərqin dinamiklərini,sosioligiyasını,hətta daxili siyasətindəki oyun qaydalarını bilir.
Bu baxımdan,Hakan Fidanın Əl Cəzirə telekanalının efirində səsləndirdiyi fikirlərin ciddi oldugu qənaətinə gələ bilərik.Lakin Fidanın qurdugu cümlələrə diqqət yanaşsaq,onun dah çox diplomatik üsluba,yumuşaq gücə(soft power)müraciət etdiyini də sezmək olur.Diqqətlə fikir verin,Hakan Fidan "başqa vasitələrə müraciər edilə bilər).Və o,mütləq mənada demir ki,Qəzza zolagında İsrailin blokadasını qırmaq üçün bu ölkəyə hər hansı hərbi intervensiya reallaşdırılacaq.
Həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın Almaniyada dedikləri,həm də Hakan Fidanın Əl Cəzirə kanalına söylədiklərini üst-üstə qoysaq belə nəticə hasil olur ki,Ankaranın indiki situasiyada əsas hədəfi atəşkəsə nail olmaq və qarşılıqlı olaraq əsirlərin azad edilməsidir.Vurgulayım ki,"HƏMAS"-ın əlində olan israilli əsrlərlə əlaqədar danışıqlarda müsbət irəliləyiş var.Mümkündür ki,yaxın günlərdə İsrail və "HƏMAS"arasında əsirlərin dəyişdirilməsi məsələsində konkret nəticələri görə bilək.
Digər tərəfdən,Qəzza zolagının sonrakı statusu məsələsində ciddi müzakirələr var.İsrailin baş naziri Benyamin Netanyahu deyir ki,onlar "HƏMAS"-varlıgına son qoyduqdan sonra bu bölgədə qalmayacaqlar.İsrailin ən yaxın müttəfiqi ABŞ-nin planı isə bundan ibarətdir ki,Qəzzanın nəzarəti Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Muxtariyyətinə verilsin.Təbii ki,bu plana şiddətlə qarşı çıxan ölkə isə İrandır.Əgər Qəzza zolagı üzərində nəzarət Fələstin Muxtariyyətinə veriləcəksə,İranın Yaxın Şərqdəki xortumlarından biri də kəsiləcək.Hətta belə bir iddia da var ki,Səudiyyə Ərəbistanı,Misir və BƏƏ kimi ərəb ölkələri də məlum planı qarşı deyillər.
Göründüyü kimi,post-HƏMAS dövrü üçün Qəzza zolagının gələcək taleyi,onun statusu istiqamətində strateji plan mövcuddur və bir müddətdir bununla baglı danışıqlar gedir.
Belə olan təqdirdə,ən kritik detal Ankaranın yuxarıdakı plana reaksiyasıdır.Güman edirəm ki,Türkiyənin də mövqeyi məlum plana yaxındır.Ankara hər vəchlə istəyir ki,Qəzza zolagına nəzarət İsrailin əlinə keçməsin.Üstəlik,Türkiyə və Fələstin Muxtariyyəti,Tayyib  Ərdogan-Mahmud Abbas arasındakı münasibətlər də normaldır.Görünür,məlum plan konflikt tərəfləri və marqlı dövlətləe arasında problemin həlli üçün hələlik ən optimal variantdır.
Digər tərəfdən,Türkiyə,İordaniya,Livan və Misir kimi ölkələr Qəzza zolagındakı əhalinin kütləvi köçürülməsinə qarşıdırlar.Mümkündür ki,Qəzza zolagına nəzarət gələcəkdə Mahmud Abbasın idarə etdiyi Fələstin Muxtariyyətinə verilsin.Hələ ki,münaqişənin dayandırılması və gələcəkdə "iki dövlətli həll"planı üçün uygun variant məhz budur.


"Sülh" Araşdırmaları İnstitunun rəhbəri Kamal Əliyev 


Oxşar xəbərlər