Homepage / “AzəriLayt” bahalaşıb

“AzəriLayt” bahalaşıb

İyunun 13-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 83,42 dollara yüksəlib.

2024-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82,75 dollarla başlayıb.

Energetika Nazirliyinin hesabatına görə, yanvar-may aylarında ölkədə 12 milyon ton neft çıxarılıb.

Beynəlxalq öhdəlik Azərbaycanın gündəlik xam neft hasilatı normasını 551 min barrel (74259 ton) müəyyən edib.



BİA.az
13-06-2024, 15:34
Go back