Dövlət satınalmaları portalı vasitəsilə 2023-cü ilin əvvəlindən içməli suyun alınması ilə bağlı ümumi dəyəri 800 352 manat olan 41 tender keçirilib.
Dia-az.İnfo xəbər verir ki, tenderləri sayca ən çox udan şirkətlər "İpəksu" MMC və "Teo" MMC olub. Adı çəkilən şirkətlər müvafiq olaraq içməli suyun satın alınması ilə bağlı 9 və 7 tender udub. Belə ki, "İpəksu" MMC dövlət qurumlarından 248 004 manatlıq, "Teo" MMC isə dövlət qurumlarından 104 756 manatlıq sifariş alıb. Yerdə qalan qalib şirkətlərin udduğu tenderlərin dəyəri 100 000 manatdan aşağıdır.
Qeyd edək ki, "İpəksu" MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qüdrət İdayətov Tofiq oğludur. Hüquqi ünvanı AZ1022, Bakı şəhəri Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 62 məhəllə 758 / 759, m. 158 ünvanında yerləşir.
Qeyd edək ki, "Teo" MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Seymur Mustafayev Rəvayət oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 1 , ev 10 A ünvanında yerləşir.