Homepage / Kamal Aliyev: "Rusiya-Ermənistan münasibətləri gərginləşdi, Ərdoganın Qarabag mövzusundakı "dördtərəfli zirvə"təklifi mümkündürmü?"

Kamal Aliyev: "Rusiya-Ermənistan münasibətləri gərginləşdi, Ərdoganın Qarabag mövzusundakı "dördtərəfli zirvə"təklifi mümkündürmü?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan ABŞ-a yola düşmədən əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib ki,Qarabag məsələsində Ermənistana "dördtərəfli zirvə"görüşünü təklif edib. Adı çəkilən zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev,Türkiyənin dövlət başçısı Ərdogan v ə Rusiya lideri Vladimir Putinin iştirakı nəzərdə tutulub. Hələ ki,Ermənistan tərəfi Türkiyə prezidentinin təklifinə cavab verməyib.Nəzərə alsaq ki,Rusiya-Ermənistan münasibətləri son vaxtlar kifayət qədər gərginləşib.

Belə ki, Ermənistanda ABŞ hərbçilərinin təlimləri,Paşinyanın ölkəsinin təhlükəsizliyi üçün Rusiyanın yetərli olmaması,Yerevandakı bələdiyyə seçkiləri və revanşist seqmentin ölkədə aktivləşməsi Paşinyanın Ankaranın təklifinə müsbət yanaşacagı ehtimalını zəiflədir. Hal-hazırda,Putin və Paşinyan arasında "söz güləşi"var və bu,Ankaranın "dördtərəfli görüş"cəhdinə kölgə salır. Eyni zamanda,Ankara sanki Yerevanı öz yanına çəkmək istəyir.Dogrudur,Ermənistanın indiki situasiyada Türkiyə ilə yaxınlaşması o qədər asan görünmür.Lakin Kreml hesab edə bilər ki,Ermənistanı birdəfəlik itirməkdənsə,onu Qərbin geopolitik hədəflərinə qurban verməkdənsə,onu Ankaraya yaxınlaşdırmaq daha yaxşı olardı. Üstəlik,Türkiyə(xüsusilə,Ərdogan iqtidarı)də şərq qonşusu Ermənistanı Qərbin yanında görməkdənsə,öz orbitində olmasını istəyərdi. Digər bir maraqlı məqam isə budur ki, Ankaranın təklif etdiyi "dördtərəfli zirvə"nin harda keçirilməsidir.Əgər görüş Ankarada keçiriləcəksə, Putinin Türkiyəyə gələcəyi o qədər inandırıcı deyil;hazırkı situasiyada Putinin də Yerevana gələcəyi mümkünsüzdür.Mümkündür ki, dörd ölkənin lideri Mərkəzi Asiya respublikalarının birində görüşsünlər.

Digər bir sual isə budur: Ərdoganın "dördtərəfli zirvə"təklifi Qarabag probleminin yekun siyasi həllinə hansı töhvəni verər? Əsas sual da elə budur... 

16-09-2023, 19:22
Go back