Azərbaycanı rus dilində yazıb, Qarabağı da erməni dilində təqdim edən və ən əsası dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bank"ı (qısaca - ABB) Xankəndini şəhərini eyni zamanda Stepanakerd kimi tanıyır.
Kommersant.az xəbər verir ki, dövlət bankının rəsmi internet saytında erməni lobbisinin xoşuna gələcək addımlar yer alır. Belə ki, ABB-nin təqdim etdiyi Azərbaycan xəritəsində Qarabağ bölgəsi Azərbaycan dili ilə yanaşı erməni dilində də yazılır. Bundan başqa ölkəmizin ümumi xəritəsində Azərbaycanın əksər şəhər və rayonları rus dilində qeyd olunur. Güman edirik ki, "Azərbaycan Beynəlxalq Bank"ı kobud səhvini başa düşüb ən qısa zamanda xidmət göstərdiyi ölkənin vətəndaşlarının xoşuna gələcək işlər görər.