BANNER / TRİBUNA

“Xankəndi, Xocavənd və Ağdərə şəhərləri tam olaraq ordumuzun nəzarətinə keçdi” - TƏCİLİ AÇIQLAMA

post-img

“Azərbaycan Qarabağ iqtisadi rayonu ərazisində yaşamağa davam edən ermənilər Ermənistan hökuməti ilə Rusiya “sülhməramlılarının” girovluğundadırlar. 2020-ci ilə qədər və xüsusən də, 44 günlük müharibədən sonra 10-15 min erməni zorla Xankəndi, Xocavənd və Ağdərə rayonlarında yaşamaq üçün geri qaytarıldılar”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Politoloqun sözlərinə görə, müəyyən pul, kompensasiyası alan erməni əhali vəsait tükəndikdən sonra yenidən Qarabağı tərk etməyə çalışırlar:

“İmkanı və əlaqələri olan ermənilər sülhməramlıların erməni düşərgələrindən qaçmağa nail olsalar da, hazırda bir neçə min erməni hələ də girovluqdadır. Bu günlərdə tanınmış erməni bloggeri İşxan Verdyan və daha bir neçə nəfər Azərbaycan prezidentinə müraciət edərək vətəndaşlıq istəmələri baş verdi. Bu, çox önəmli hadisədir və müraciətə isti yanaşmaq lazımdır. Bizim də dünya ictimaiyyətinə sübut etmək istədiyimiz də məhz budur.

Ermənilər Qarabağda status istəmələrini onunla əsaslandırmağa çalışırdılar ki, guya onlar bizimlə birlikdə yaşaya bilməzlər. Bu müraciətlərin ermənilər tərəfindən edilməsi bizim mövqelərimizi gücləndirməklə yanaşı haqlı olmağımızı sübut etmək üçün münbit imkandır”.

V.Əfəndiyev qeyd edib ki, Paşinyanın sülhməramlılara rəsmi status və mandat verilməsi ilə bağlı dedikləri çarəsizliyin əlamətidir:

“10 noyabrda saziş imzalanıb və şərtlər razılşadırılıb. Bu razılaşmaya hər hansı maddə əlavə etmək yox, onları yerinə yetirmək gərəkdir. Razılaşma ərəfəsində və ondan sonra da Prezident İlham Əliyev qarşıda ermənilərin cığallıq edəcəklərini bilərək bir neçə dəfə xəbərdarlığnı etmişdi ki, sazişin şərtlərinə könüllülük prinsipi ilə əməl olunmasa Azərbaycanın “dəmir yumruğu” yenidən başlarına dəyəcək. Qarabağ ərazisində aparılan xüsusi əməliyyatlar (rusların xüsusi əməliyyat ifadəsi çox xoşılarına gəlir) nəticəsində Ermənistan silahlılarının yeni istehkamlar yaratmaq cəhdlərinin qarşısını aldı və o mövqələrdə hazırda Azərbaycan ordusu öz hərbiçilərini yerləşdirir. Xankəndi, Xocavənd və Ağdərə şəhərləri tam olaraq ordumuzun nəzarəti altındadır. Laçın şəhəri bu ayın sonuna qədər tam boşaldılacaq. Rusiya sülhməramlılarının bölgədə qalma müddəti bitdikdən sonra vaxtın uzadılması gündəmdə yoxdur. Bu məsələyə yalnız Zəngəzur koridoru tam olaraq açıldıqdan sonra Naxçıvan və Xankəndi istiqamətində Rusiya, Türkiyə, Aərbaycan və Ermənistan birgə yol patrul xidmətinin təşkilini müzakirə etmək olar”.

Oxşar xəbərlər