BANNER / IDMAN

"Qarabağ" qrupda ilk qələbəsini darmadağınla qazandı

post-img

UEFA Avropa Liqasının qrup mərhələsində II tur start götürüb.


Fanat.Az
xəbər verir ki, ölkəmizi sözügedən turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupundakı növbəti sınağında Fransanın "Nant" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb. İkinci hissənin ortalarında, konkret 12 dəqiqə ərzində qolları sıralayan "köhlən atlar" Fransa təmsilçisini böyük hesabla məğlub edib - 3:0. 

Qrupun digər matçında "Frayburq" "Olimpiakos"un qonağı olub. Almaniya təmsilçisi səfərdə 3 cavabsız qolla qalib gəlib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) 3:0
Qollar: Ovusu Kvabena, 60, Abdullah Zubir, 65, Marko Yankoviç, 72

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 11. Ovusu Kvabena.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao, 7. Riçard Almeyda, 77. Ramil Şeydayev, 27. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov

"Nant": 1. Alban Lafont, 2. Fabio, 21. Jan-Şarl Kastelletto, 4. Nikola Pallua, 24. Sebastyan Korçia, 17. Mussa Sissoko, 10. Ludovik Blas, 8. Samuel Mutussami, 27. Mozes Simon, 14. İqnatius Qanaqo, 31. Mustafa Məhəmməd.
Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç 11. Markus Koko, 55. Abdul-Kader Bamba, 3. Andrey Cirotto,5. Pedro Çirivelya, 7. Evann Gessan, 12. Dennis Appia, 29. Kenten Merlen
Baş məşqçi: Antuan Kombuare

Hakimlər: Enea Yorqy, Denis Rexha, Ridiger Çokaj, Juxhin Xhaja (hamısı Albaniya).
VAR hakimləri: Luka Payretto, Gyakomo Paqanessi (hər ikisi İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: "Frayburq" - 6, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0.

Oxşar xəbərlər