BANNER / DÜNYA

SON DƏQİQƏ! İran bu ölkənin ərazisini vurdu: ABŞ konsullundan həyəcan TƏBİLİ

post-img

İran Silahlı Qüvvələri İraqın Kürdüstan regionunda Tehrana müxalif partiyanın qərargahına və qaçqın düşərgəsinə hücum edib.

Oxu24.com  xəbər verir ki, bu barədə “Shafaq” xəbər agentliyi məlumat yayıb.

“İranın kürd müxalifət partiyasının Ərbil yaxınlığındakı Koy-Sancak şəhərindəki qərargahı vurulub”, - yerli mənbə agentliyə bildirib.

Dəqiq nəyin vurulduğu hələ aydın deyil. “Al-Sumaria” kanalının mənbəsinin məlumatına görə, zərbə üç raketlə endirilib.

İranın daha bir hücumu Ərbilin şimalındakı Bahirqa şəhərindəki qaçqın düşərgəsini edilib. İtkilər barədə məlumat yayılıb.

Zərbələrlə eyni vaxtda ABŞ-ın Ərbildəki konsulluğunda həyəcan təbili çalınıb.

Oxşar xəbərlər