BANNER / Manşet

Generalın FHN-də "KADR BAZARI": Evində və iş yerində Nikolayın şəklini asan Sevda Şirinova 20 vəzifıəlini nədən işdə qovdu!?

post-img

Biz bir media olaraq insan azadlıqlarına, insan hüquqlarına hörmət və ehtiramla yanaşırıq. Amma azadlığın da bir MƏSULİYYƏT deyilən sərhəddi var. Çox üzr istəyirik, hansısa  məmur dövlət qurumunun binasını, dövlətin verdiyi xidməti kabineti az qala şəxsi kabinet kimi istifadə edir, istədiyi oyundan, əməldən çıxır... 

Bunun adı azadlıq və insan haqqı ola bilməz. Yəqin ki, diqqətli oxucular söhbətin bir müddət əvvəl FHN-nin  binasında  baş verən intim oyunlardan getdiyini bildi. 
Yeri gəlmişkən, hazırda bu məsələ ilə bağlı məhkəmə prosesi gedir. Və rüsvay olan  qadınlar FHN-nin vəzifəli şəxsindən dəymiş mənəvi ziyana görə  təzminat tələb edirlər. Bütün bunlar azmış kimi, son günlər  FHN-lə bağlı  daha bir  olay mediada  yayılıb. 
Birincisi,  Fövqaladə Hallar Nazirliyinin Kadr  siyasəti  Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın xidməti  kabinetindən yayılan şəkildən görünür ki, xanım general başınınn üstündən Çar Rusiyasının imperatoru Nikolayın şəkilini asıb. İlk öncə, xanım general-mayordan soruşmaq istəyirik ki, sənə  general rütbəsini Nikolay verib..? 
İkincisi, sən hansı dövlətin generalısan, xanım Şirinova.. Üçüncüsü, Nikolayın şəkilini evində, bağında başının üstündən assan, bizim sənə zərrə qədər iradımız olmaz. Sən Azərbaycan dövlətinin rəsmi qurumu olan FHN-də, xidməti kabinetində  Nikolayın şəkilini asmısan. Bu dövlətin qurucusu Ulu Öndər, hazırda prezidenti isə cənab İlham Əliyevdir. Bütün dünyada rəsmi qurumlarda dövlətin başçısının şəkili asılır. Sənin Nikolay  sevdalısı olmağını anlamaq olmur. 
Bir daha deyirik ki, istəyirsən evində, yataq otağında Nikolayın şəkilini as, amma dövlət qurumunda olmaz. Qısa məlumat üçün qeyd edək ki, bu general  xanım uzun illər  Dövlət Gömrük Komitəsində  kadr məsələlərinə baxıb və  17  ildir FHN-də kadr məsələlərini həll edir. 
Təsəvvür edirsiniz az qala  30 ildir ki, bu xanım mühüm dövlət qurumlarında  kadr  məsələsinə rəhbərlik edir. Görəsən  bu xanımın hansı igidliyinə, qəhrəmanlığına, şücaətinə görə, ona general-mayor rütbəsi   verilib..? 
Buyurun və əmin olun ki,  Fövqəladə  Hallar Nazirliyində Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor olan Şirinova Sevda Azər qızının tərcümeyi-halı  barəsində ölkə mediasında bir cümlə, bir söz tapa bilmədik. Bu hələ harasıdır..? 
Sevda  Şirinova FHN-də kadr məsələsini öz bildiyi kimi həll edirmiş. Bəli, son günlər yayılan məlumata görə, FNN-nin   20 əməkdaşını toya getmək səbəbi ilə  Sevda Şirinova işdən qovub. Onların arasında yüksək rütbəli zabit və idarənin vəzifəli şəxsləri də var. 
Doğrudan da maraqlıdır ki, məgər  toya getməyə görə, 20 əməkdaşı birdən vəzifədən çıxartmaq, işdən qovmaq hansı qanuna uyğundur. Yəni töhmətlə, yaxud başqa bir cəza ilə də məsələni  həll etmək olardı. Mediada yayılan məlumatdan bəlli olur ki, əslində toy neçə ay əvvəl olub, yəni toy məsələsi  Sevda Şirinova  üçün  bir bəhanə imiş. 


Belə ki,   FHN-də 20 nəfərin  vəzifəyə  düzəlməsi  1 milyon manata  yaxın edir. İndi bildinizmi, general xanım  FHN-də kadr məsələlərini necə həll edir..? Hələ sosial şəbəkədə yazırlar ki, (biz yazmırıq haa, sosial şəbəkədə yazırlar), yaxın zamanda  bir maraqlı video da yayılacaq. Bizi izləyin.

Mənbə:Gundelik-baku.com

Oxşar xəbərlər