Ölkəmizin bəzi rayonlarında bir sıra yol polisi əməkdaşlarının özbaşınalığı, sürücülərin əsassız təqib və təhqir edilmələri problemləri dəfələrlə ictimai müzakirəyə çıxarılıb. Düzdür, bu barədə hörmətli nazir və hüquq-mühafizə orqanların rəhbərliyi ciddi tədbirlər görsə də hələdə DYP-də özbaşınalıqlar torədən polis əməkdaşları qalmaqdadı.
Beləki, Zəngilan rayonuna təhkim olan, hər gün bu rayonda və rayonətrafı yollarda onlarla sürücünü qanunsuz təqib edən, onlara qarşı qanunsuz cərimələr yazacağı ilə hədələyib sürücülərdən nəsə uman bəzi yol polislərinin özbaşınalığı sakinlərin haqlı narazılıqlarına səbəb olur.
Şikayətçi Orucova Rəvanə Nəsrəddin qızının sözlərinə görə, Abşeron ərazisində yerləşən qaçqın şəhərciyi və ətraf ərazilərdə xidmət keçən Zəngilan yol polisi əməkdaşı Samir, Respublika Dövlət Yol Polisinə məxsus 659 nömrəli avtomobillə bir sıra özbaşınalıqlarla yadda qalıb. R.Orucova Zəngilan DYP əməkdaşı Samir tərəfindən ona qarşı edilən ədəbsizlik və hörmətsizliyə görə Daxili İşlər naziri Vilayət Eyvazovdan kömək istəyib.
Paytaxt.org-un elektron ünvanına yazıb Daxili işlər naziri Vilayət Eyvazovdan kömək istəyən Rəvanə Orucova öz müraciətində bildirib:
"Hörmətli Vilayət müəllim! Sizi nazir fəaliyyətiniz dövründə polisdə aparalın islahatlar və yenlikləri həmişə bəyənib dəstəkləmişəm. Bi ana kimi deyə bilərəm ki. ölkəmizdə sabitliyin təmin edilməsində Sizin və polislərimizin böyük əməyi var. Allah Prezidentimizi və Sizləri qorusun!
Hörmətli nazir mənim şikayətim Zəngilan DYP əməkdaşı Samirlə bağlıdır. Bu polis əməkdaşı məndən 100 manat pul tələb etdi, etiraz etdiyimdə isə mənimlə kobud danışıaraq ağır təhqirlərə məruz qoydu. Bu da azmış kimi məni şəxsi telefonuna çəkərək "əcəb edirəm, sənin palojnadır" deyə bir daha mənə qarşı hörmətsizlik etrməyə davam etdi.
Hörmətli Vilayət müəllim Sizdən bir ana kimi xahiş edirəm bu həddinibilməz DYP əməkdaşı Samirlə bağlı ciddi ölçü götürməyinizi, qanuna müvafiq cəzalandırılmasını xahiş edeirəm. İnanıram ki, hər zaman ədalətin və haqqın yanında olan nazir olaraq mənim vətəndaş hüququmun DYP əməkdaşı tərəfindən pozulması halını şəxsi nazarətinizə götürəcəksiz!"
Hörmətlə: Orucova Ravanə Nəsrəddin qızı
Əlaqə: (055) 210 - 00 - 88