BANNER / Manşet

Əsrə bərabər 20 İL - Müdrik lider, Böyük strateq, Qalib sərkərdə

post-img

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 20 il ötür.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

İLHAM SECKİ.jpg (282 KB)

Ötən 20 il ərzində Azərbaycanın əsrə bərabər inkişafı göstərir ki, xalq doğru seçim edib. Seçdikləri lider isə hər zaman xalqı, vətəni üçün çalışıb. Azərbaycanı bu illər ərzində zəfərdən zəfərə, zirvədən zirvəyə aparıb. Uğurumuz istər siyasi meydanda, istərsə də hərb meydanında davamlı olub.

Prezident seçildikdən sonra andiçmə mərasimində cənab İlham Əliyev Azərbaycanın gələcəyinə konseptual baxış xarakterli nitqində strateji prioritetləri müəyyən edib  - artıq o dövrdə İlham Əliyev ölkə daxili, geosiyasi və qlobal müstəvidə mövcud trendləri aydın görür, nəyi, nə vaxt və necə etməyi çox dəqiq bilirdi.

İlham Əliyevin əsas hədəf kimi Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi yol xəritəsi:

■ güclü iqtisadi potensialın formalaşdırılması,

■ müasir cəmiyyət quruculuğu,

■ qüdrətli Silahlı Qüvvələrin yaradılması,

■ beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi;

■ Yekun hədəf - regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyinin bərpası.

Uğurlu xarici siyasət

İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib.

BMT TS.jpg (133 KB)

Onlardan bəzilərinə nəzər salaq:

2011-ci ilin oktyabrında Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçildi və iki il ərzində uğurlu fəaliyyət göstərdi.

Sözsüz ki, ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı və sədrliyi ölkənin qazandığı nüfuz və etimadın göstəricisidir. 

2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə QH-nin beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin Hərəkata sədrliyinin daha 1 il uzadılmasına səbəb olub.

21-ci əsrdə dünyanın ən böyük pandemiyası – COVID-in yayılması zamanı Azərbaycanın təşəbbüsləri və atdığı praktiki addımlar da dünyada təqdir olunur. Həmin zaman Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürüb və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər edib.

SESSİYA.jpg (135 KB)

Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib.

Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında da İlham Əliyevin, Azərbaycanın rolu böyükdür. Dəfələrlə Türk dövlətlərinə qarşılıqlı səfərlər olub, Bakı bu istiqamətdə böyük tədbirlərə evsahibliyi edib.

DOVLETLER.jpg (100 KB)

Bir dövlətin var olması, güclənməsi üçün təbii ki, iqtisadiyyat da böyük rola malikdir.

İlham Əliyev bu sahədə də xüsusi addımlar atıb, yerində qərarlar verib.

Gəlin, Prezident İlham Əliyevin hakimiyyəti dövründə iqtisadi göstəricilərin analizinə baxaq:

■ 2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlib,

■ dövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatıb,

■ strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artıb,

■ orta aylıq əmək haqqı 77.4 manatdan 839.4 manata yüksəlib,

■ yoxsulluq səviyyəsi 44.7%-dən 5.5%-ə enib.

Bu gün Azərbaycan Ordusu dünyanın güclü dövlətlərinin ordusu ilə müqayisə olunur. Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş taktikaları hərb tarixində xüsusi yer alıb, bəzi dünya dövlətləri tərəfindən araşdırılır, öyrənilir.

Təbii ki, Azərbaycan Ordusu bugünkü inkişaf səviyyəsinə qədər xeyli yol keçib. Bu yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulsa da, davamı və inkişafı İlham Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir.

ORDU SON SON.jpg (103 KB)

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu istiqamətində atılmış addımlara qısa nəzər salaq:

■ 2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb;

■ ordu ən müasir silahlar və texnika ilə təchiz olunub;

■ müdafiə sənayesi formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb;

■ ordunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəldilib;

■ hərbçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılıb;

■ Nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bununla da Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini icra edərək, Qarabağ və ətraf rayonları qısa zamanda yağılardan təmizlədi. Bütün bunlar isə İlham Əliyevin uzaqgörən siyasətinin, sərkərdəlik qabiliyyətinin, ölkəmizdə həyata keçirdiyi siyasi, iqtisadi və hərbi islahatların, uğurlu xarici siyasətin nəticəsidir.

İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günə ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olunub.

 VETEN MUHARİBESİ.jpg (63 KB)

İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib. Müstəqillik elan olunandan sonra ilk dəfədir Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir. Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir. İlham Əliyev bu tarixi Zəfərlə kökü 200 il əvvələ gedən, neçə-neçə nəslə acı tale yaşadan bir problemi kökündən həll edib.

QAYİDİS.jpg (204 KB)

“Böyük Qayıdış” və azad olunmuş ərazilərin bərpası

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na görə:

■ Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyub.

■ Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub.

■ Müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq azad olunmuş ərazilərə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

■ İlin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur.

LİMAN .png (779 KB)

■ Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı,  Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir.

■ 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir.

■ 12 yeni Su Elektrik Stansiyası, 12 yarımstansiya istifadəyə verilib.

■ 100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.

20 illik fəaliyyət bizə onu deməyə əsas verir ki, İlham Əliyev bundan sonra da Azərbaycan dövlətini və xalqını zəfərdən zəfərə, zirvədən zirvəyə aparacaq.

Musavat.com

Oxşar xəbərlər