BANNER / Manşet

Abşeron icra başçısı Abidin Fərzəliyevin “kilid adamı”və qara kassası” kimi tanınan Nurlan Həsənov əməliyyatdan necə yayındı?

post-img

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Beləki, korrupsiya ilə əlaqəli qanun pozuntuları barədə keçirilən əməliyyat zamanı saxlanılanlar var. Onu da nəzərinizə çatdıraq ki, icra başçısının “qara kassası” kimi tanınan Nurlan Həsənov uğurlu əməliyyatdan məharətlə yayınıb.

Əvvəla, Abşeron rayonunda qanunsuz tikililərin sayı durmadan artır və həmən tikililərə icazə verən məhz N. Həsənovdur. Bunlardan əlavə tikintiyə “icazə” qiymətinin qalxdığı və inşaat işləri ilə məşğul olan şəxslərin buna görə narazılıq etdiyi deyilir.

Onu da bildirək ki, Nərimanov İcra Hakimiyyətinin “kilid adamı” olan İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri Nurlan Həsənov ötən ilin fevral ayında Abşeron İH-də vəzifə ilə təmin olunub.

Görünən tərəf odur ki, Abşeron RİH başçısı Abidin Fərzəliyev öz “toxunulmaz şəxsini” qoruya bildi. Amma inanaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məsələni diqqətdən kənar qoymayacaq. Bu istiqamətdə araşdırmalarımız davam edir.

Adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

Oxşar xəbərlər