DTX-nin Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında keçirdiyi məliyyat nəticəsində bir neçə vəzifəli şəxsin və generalın həbs olunması iqtidar hakimiyyətini hərəkətə keçirdi. Aparılan həbslərin məsuliyyəti birbaşa komitə sədrinin üzərində olduğu üçün Səfər Mehdiyev təcili PA -ya çağrıldı. Əldə edilən məlumatlara görə, kömitə sədri baş verənlərlə bağlı 2 saat tənbeh edilərək, sərt sözlər eşitdikdən sonra qəbulu tərk edib.
Gələn məlumatlarda, Gömrük Komitəsi gələcək günlərdə ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdiriləcəyi bildirilir.
Qeyd olunur ki, qurum prosesin yekununda İqtisadiyyat Nazirliyi yanında Dövlət Gömrük Xidməti olaraq fəaliyyətini davam etdirəcək.
Rza Fikrtətoğlu
Paytaxt.org