Almaniyanın Baltik dənizi sahillərində anomaliya xarakterli isti hava səbəbindən zəhərli göy-yaşıl yosunlar yayılıb.
Qeyd olunub ki, sianobakteriyalar Rostokdan Hiddense adasına qədər sahil xətti boyunca böyük miqyasda yayılıb. Onlar ölkənin şimalındakı göllərdə də aşkarlanıb. Bu səbəbdən Şlezviq-Holşteyn hakimiyyəti artıq Baltik dənizində və bir sıra digər su hövzələrində çimməyə qadağa qoyub.
Bu mikroorqanizmlərin kütləvi şəkildə toplanmasına suyun yüksək temperaturu və zəif su dövranı səbəb olub.
Göy-yaşıl yosunlar allergiyaya, dərinin və selikli qişaların qıcıqlanmasına, həmçinin ürəkbulanma və qusmaya səbəb ola bilən toksinlər ifraz edə bilər.