Homepage / Xətai rayonu Nəsrəddin Tusi 28-də qəsdən yandırılıb məhv edilən yaşıllıq - "Hayat Residence" MMC-nin xanım rəhbəri KİMLƏRƏ NƏ QƏDƏR TƏKLİF EDİB?/VİDEO

Xətai rayonu Nəsrəddin Tusi 28-də qəsdən yandırılıb məhv edilən yaşıllıq - "Hayat Residence" MMC-nin xanım rəhbəri KİMLƏRƏ NƏ QƏDƏR TƏKLİF EDİB?/VİDEO

Xətai rayonu Nəsrəddin Tusi 28 ünvanında vaxtilə sakinlərin asudə vaxtının səmərəli təşkili üçün salınmış böyük ərazini əhatə edən yaşıllıq sahibkar Şahanə Mürşudova tərəfindən məhv edilir.

Paytaxt.org-u məlumatlandıran mənbə iddia edib ki,  son bir neçə aydır sahibkarın xüsusi tapşırıq almış adamları tərəfindən ərazidə süni yanğınlar təşkil edilərək ağaclar qəsdən yandırılaraq qurudulur. 

Yanğınları genişlədib ərazini tam ələ keçirmək məqsədi ilə törədilən hadisə "Hayat Residence" MMC-nin rəhbəri Şahanə Mürşudovanın böyük planlarının bir hissəsi olduğunu ortaya qoyur. Çünki, sahibkar xanım məsələni pulla həll etmək üçün neçə aydır gəzmədiyi idarə, görüşmədiyi məmur qalmayıb və sonda "yox" cavabı alıb. Məsələnin qanuni və külli-miqdarda boyun olduğu pul yolu ilə həllinə nail ola bilməyən  xanım sahibkarın son çarəsi yanğınlara qalıb deyə mənbəmiz digər mühüm məlumatları və sənədləri saytın elektron ünvanına ünvanlayıb. Bu barədə araşdırmalardan sonra növbəti yazıda  geniş söhbət açacağıq. Onuda bildərək ki, iddialara görə ərazidə 100-dən yuxarı çoxillik yaş ağaclar var. Artıq 6-cı dəfədir ki, qəsdən törədilən yanğın zamanı ərazidə hal-hazırda 50-yə yaxın yaş ağaçlar yandırılaraq və digər vasitələrlə bilərəkdən məhv edilib.Və, cavabdeh şəxslər məlum ərazidə baş verən qorxunc kütləvi ağac qətliamına hələdə susurlar...! Paytaxt.org

Qeyd edək ki, məlum ərazidə İfadetv.com saytının əməkdaşları çəkiliş apararıb və sakinlərlə həmsöhbət oldub. Sakinlərin sayta bildirdiyinə görə, son bir həftə ərzində 3 yanğın təşkil olunub. Bundan öncədə yanğınların törədildiyi hadisəsi baş versə də FHN-ın 112 qaynar xəttinə müraciət edilib, amma olanlara biganə yanaşılıb deyə sakinlər saytın əməkdaşlarına bildirib. Daha sonra sakinlər onu da iddia edib ki, Bakı şəhər icra hakimiyyəti, Xətai rayon icra hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemdən xəbərdar olsalar da, bilərəkdən məhv edilən yaşıllıqla bağlı sakinlərin şikayətləri hələ də "havadan aslı" qalmadadır.

Ətraflı, İfadetv.com saytının əməkdaşlarının məlum ərazidə çəkib yaydığı videoda:


4-06-2025, 15:32
Go back