İdman

Azərbaycan səfirliyi Gürcüstanın futbol üzrə milli yığmasını təbrik edib

post-img

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin futbol üzrə milli yığma komandasını tarixdə ilk dəfə olaraq Avropa Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bununla bağlı səfirliyin sosial media hesablarında paylaşım edilib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın futbol üzrə milli komandası 2024-cü il Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb. Onlar Yunanıstanlı futbolçuları penaltilər seriyasında 4:2 hesabı ilə üstələyiblər.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək.

Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyiblər. Yunanıstan komandası 2004-cü il Avropa çempionatının qalibidir

Oxşar xəbərlər