Manşet / BANNER

GÜNÜN İNANILMAZ HADİSƏSİ: Prezidentin bibisi oğlu kefli halda prokurorun başında butulka qırdı/FOTO

post-img

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bibisi oğlu Əhməd Gəldimuradovu "Türkmənqaz” dövlət konserninin sədr müavini vəzifəsindən azad edib. Buna səbəb Aşqabad barlarından birində baş verən davadır. Gəldimuradov elitar məkanda istirahət edərkən, həddindən artıq sərxoş vəziyyətdə yüksək rütbəli prokurorun başında butulka sındırıb.

 

 Qaynarinfo xəbər verir ki, məlumatlı mənbənin "turkmen.news”a verdiyi məlumata görə, hadisə təxminən bir ay əvvəl baş verib.

 

Dava anı barın daxilindəki müşahidə kameralarına düşüb. Mənbə bildirib ki, görüntülər daha sonra prezidentə və onun atası Qurbanqulu Berdiməhəmmədova göstərilib. Qısa müddətdən sonra dava edən şəxs işdən çıxarılıb. Onun indi ailəsi ilə birlikdə Dubayda istirahət etdiyi bildirilir.

 

Gəldimuradov Qurbanqulu Berdiməhəmmədovun bacılarının ən kiçiyi Məhri Berdiməhəmmədovanın oğludur. Digər bacısı Gülnabad Dövlətovadan fərqli olaraq, o, daha az medianın diqqətinə düşür. "Turkmen.news”un mənbəsi Əhməd Gəldimuradovun Malayziyada təhsil aldığını bildirib.

Oxşar xəbərlər