Manşet / BANNER

Paşinyanın oğlu oğurlandı, qaçmaq istəyərkən güllələndi - TƏFƏRRÜAT

post-img

Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhd edilib.

Metbuat.az "Aykakan Jamanak"a istinadən xəbər verir ki, Paşinyanı oğurlayanlar "Oğulların çağırışı" adlı QHT üzvləridir:

"İlkin məlumatlara görə, adam oğurluğunda iştirak edənlər Aşot Paşinyanı avtomobilinə minməyə məcbur edən "Oğulların çağırışı" QHT üzvləridir. Lakin Aşot Paşinyan maşından düşə bilib. Bu zaman təşkilatın arxasından gələn avtomobil onu vurub. Nəticədə Aşot Paşinyanın ayağı xəsarət alıb, "Oğulların çağırışı" QHT üzvləri hadisə yerindən qaçıblar. Aşot Paşinyan hüquq-mühafizə orqanlarına müraciət edib", - deyə nəşr qeyd edib.

Qeyd edək ki, "Oğulların çağırışı" 44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri tərəfindən yaradılıb.

Oxşar xəbərlər