Putinin Tokayevə göndərdiyi gizli məktubun məzmunu üzə çıxıb.
KONKRET.az xəbər verir ki, jurnalistlər Putinin Moskvada keçirilən AİB sammitində Tokayevə göndərdiyi gizli məktubun məzmununu öyrəniblər.
Qazaxıstan şirkətlərinin Rusiya Federasiyasının dəmir yolu ilə daxili tariflərlə daşımalara çıxışı ilə bağlı sualın cavabı Putinin Tokayevə təqdim etdiyi qeyddə yer alıb.
Bunu bazar ertəsi jurnalistlərə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay bildirib.
“Bu qeyddə Rusiya tərəfinin AİB liderlərinin dar tərkibdə görüşü zamanı verilən suala cavabı var. Söhbət qazaxıstanlı yükgöndərənlərin ölkədaxili tariflərlə Rusiya dəmir yolları ilə daşımalara çıxış imkanından gedirdi”, – Jeldibay bildirib.
Onun sözlərinə görə, “Rusiya hökuməti hesab edir ki, Qazaxıstan ərazisində təyinat yeri olan mallar güzəştli tarifdən istifadə edə bilər və Rusiya ərazisindən tranzit keçən mallara ixrac tarifləri tətbiq edilməlidir”.
“Prezident 2015-ci ildə AİB-nin yaradılması haqqında Müqavilənin prinsipləri əsasında Rusiya tərəfi ilə bu məsələ ilə bağlı danışıqları davam etdirmək barədə göstərişi hökumətimizə bu qeyd ilə təqdim edib”, – deyə sözçü izah edib.
Xatırladaq ki, daha əvvəl AİB-nin iclası zamanı Putinin Tokayevə qeyd verdiyini əks etdrən kadrlar yayılıb. Qazaxıstan Prezidenti onu oxuduqdan sonra respublika hökumətinin üzvlərinə yazılı göstəriş verib.