Homepage / "Ukrayna müharibədə qələbə planını Bayden, Tramp və Harrisə təqdim edəcək" - Zelenski

"Ukrayna müharibədə qələbə planını Bayden, Tramp və Harrisə təqdim edəcək" - Zelenski

"Dünya Rusiyanın məğlubiyyəti naminə güclü qərarlardan nə qədər boyun qaçıracaqsa, Rusiya da sülh axtarışlarından bir o qədər yan keçəcək..."




Ətraflı



Ad - 00:30


 
Ukrayna müharibədə qələbənin geniş planını ABŞ prezidenti Co Baydenə, həmçinin prezidentliyə iki əsas namizəd Harris və Donald Trampa təqdim edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində məlumat verib. Məlumatı "news.liga.net" nəşri yayıb.
 
O, qeyd edib ki, bu gün Ukrayna öz tərəfdaşları ilə ötən həftə Almaniyada "Ramştayn" iclasında və İtaliyada görüşlərdə əldə olunan razılaşmaların icrası üzərində işləməyə başlayıb.
 
Zelenskinin sözlərinə görə, o cümlədən ABŞ müdafiə naziri Lloyd Ostin, Almaniya kansleri Olaf Şolts və İtaliya hökumətinin başçısı Corca Meloni ilə mühüm danışıqlar baş tutub.
 
"ABŞ-da hər iki partiyanın nümayəndələri ilə durmadan işləməkdəyik, İtaliyadakı forum çərçivəsində ABŞ Konqresi nümayəndə heyəti ilə görüş keçirmişəm. O cümlədən Ukraynanın qələbə planı, onun müəyyən detalları barədə danışmışıq. Planın tam mətnini isə ABŞ prezidenti Baydenə və prezidentliyə hər iki namizəd Tramp və Harrisə tədqim edəcəyik", - Zelenski deyib.
 
Onun sözlərinə görə, ötən həftə Ukrayna mərmilər, habelə silah, dronlar və raketlərin bilavasitə Ukraynada istehsalı üçün maliyyələşmə üzrə razılaşmalar əldə edib. Hava hücumundan müdafiə dəyişməz prioritet olaraq qalır, prezident deyib.
 
"Dünya Rusiyanın məğlubiyyəti naminə güclü qərarlardan nə qədər boyun qaçıracaqsa, Rusiya da o qədər sülh axtarışlarından yan keçəcək. Belə həlledici strateji qərarlardan biri uzaqvuran silahlardır. Mən tərəfdaşlarımızın bu zəruri addımlarını, heç şübhəsiz, yaxınlaşdırmağa kömək edən hər kəsə minnətdaram", - dövlət başçısı deyib.
 
Ukraynada müharibənin sona çatması perspektivləri
 
Xəbər verildiyi kimi, ötən həftə Zelenski Ukraynanın növbəti sülh sammitinə müharibənin bitməsinin detallı planını hazırladığını təsdiq edib. Bu sammitə Rusiyanın da dəvət ediləcəyi planlaşdırılır.
 
Lakin Rusiya xəbərdarlıq edib ki, Ukraynanın sülh təkliflərini hətta nəzərdən keçirmək niyyətində deyil. Rusiya XİN rəhbəri Sergey Lavrovun sözlərinə görə, yalnız "xəyalpərəstlər" Kremlin Ukraynanın sülh düsturuna razı olacağına inana bilər.
9-09-2024, 16:14
Go back