KRİMİNAL / BANNER

SON DƏQİQƏ! DTX -dən xüsusi ƏMƏLİYYAT: Nazir müavini SAXLANILDI – FOTO

post-img

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə qarşı xüsusi əməliyyat həyata keçirib.

Sfera.az-ın əldə etdiyi məlumatına görə, əməliyyat çərçivəsində Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb. Digər həbs olunanlar və əməliyyatın detalları haqqında əlavə məlumat verməyə çalışacağıq.

Elnur Əliyevin bioqrafiyasını təqdim edir:

 

E.Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini almışdır.

 

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışmışdır. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.

 

2020-ci il avqustun 12-dən mədəniyyət nazirinin müşaviri vəzifəsində işləyib.

 

7 senytabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

 

Oxşar xəbərlər