KRİMİNAL / BANNER

Son Dəqiqə: 46 POLİS RÜŞVƏTƏ GÖRƏ HƏBS EDİLDİ

post-img

İstanbul Valiliyi rüşvət aldığı aşkarlanan 46 polisin saxlanıldığını açıqlayıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri zamanı rüşvət aldıqları üçün axtarışda olan 62 nəfərdən 59-u da tutulub.

Məsələ ilə bağlı İstanbul valiliyindən açıqlama verilib. Məlumata görə, rüşvət alma və vermə cinayətləri ilə bağlı texniki monitorinqlərə başlanılıb.

Bu çərçivədə 2022 və 2023-cü illərdə baş vermiş 67 müxtəlif hadisədə 62 nəfərin rüşvət verdiyi, 46 polis əməkdaşının isə rüşvət aldığı müəyyən edilib.

Daha sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib. İstanbul, Kocaeli, Bitlis, Muş, Gümüşhane və Şırnakda ümumilikdə 46 ünvana basqın edilib.

Oxşar xəbərlər