Manşet

BBGİ-nin sabiq rəisi Vüsal Novruzovun milyonluq mülkləri və bahalı maşınları təcili SATIŞDA - NAZİR ƏMRİ YOXSA OFŞORLARDA GİZLİNƏR?/FOTO

post-img

Sabiq MTN şefi Eldar Mahmudov və Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov Böyük Britaniyadakı mülklərini təcili satışa çıxarıb. 

Paytaxt.org bildirir  ki, bu barədə redaksiyamızı adının çəkildiyini istəməyən mənbə məlumatlandırıb. 

Beləki, vaxtiylə büdcədən çırpışdırdıqları pullarla Avropanı yenidən “fəth edən”, bu coğrafiyada, eləcə də Böyük Britaniyada dəyəri milyonlarla hesablanan mülklər alan hər iki şəxs, dəyişən dünya nizamına uyğun olaraq öz bizneslərinin idarə edilməsində də bəzi dəyişikliklər etməkdədir. Bu dəyişikliklərdən biri də vaxtiylə Böyük Britaniyada aldıqları mülkləri satmaq, həmin vəsaiti Avropanın digər dövləltərində daşınmaz əmlak sektoruna yatırmaqdır.

Məlumatı verən mənbənin sözlərinə görə, Eldar Mahmudov və Vüsal Novruzovun Britaniyadakı mülklərini satmasına səbəb isə London hökumətinin oğurluq pullara qarşı mübarizə tədbirlərini daha da sərtləşdirməsidir. Son iki ildə içərisində azərbaycanlı sabiq məmurlar, onların ailə üzvləri də olmaqla, dünyanın onlarla ölkəsindən xeyli sayda məmurun Britaniyadakı mülklərinə həbs qoyan London hökuməti, bu mülkləri Britaniya dövlətinin xeyrinə müsadirə etməkdədir. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yodlaşı Zamirə Hacıyevanın Londondakı malikanəsinin, o cümlədən qolf meydançasının müsadirəsi Britaniya hökumətinin bu məsələdəki prinsipaillığından xəbər verir. Bu səbəbdən də Eldar Mahmudov və Vüsal Novruzov Britaniyadakı mülklərini satmaqla əmlak və pul itkisindən sığortalanmağa çalışır. Onlar hesab edir ki, indiki şəraitdə Britaniya ilə müqayisədə Avropanın digər dövlətləri onların pul və biznesləri üçün daha təhlükəsizdir.

Təbii, sabiq məmurlarımızın Britaniyadakı mülklərini müsadirədən xilas etməsi milli maraqlarımız baxımından da arzuedilən ola bilər. Bir şərtlə ki, bu mülklərin satışından əldə edilən vəsait Azərbaycanımızın, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının çiçəklənməsinə sərf edilsin. Hər halda Azərbaycan hamımız kimi Eldar Mahmudov və Vüsal Novruzovun da vətənidir və onlar öz lüks yaşamlarını rüşvət pulları hesabına təmin ediblər. Belə olan halda həmin vəsaitin bir qisminin vətənimizin abadlaşmasına sərf olunmasından daha təbii, daha məntiqli heç nə yoxdur! Yəni sabiq rəislədə bağlı qanuni tədbirlər görülməlidir.

Bunlarla yanaşı V.Novruzovun dəyəri milyonları keçən avtomobil kolleksiyalarını, tikdirdikləri villaların qarajlarında saxlayır, Məlumata görə, Novruzov xəlvəti bunları da təcili satışa çıxarıb..

Xatırladaq ki, korrupsaner generalın nə az, nə çox 72 ədəd bahalı, son model avtomobilləri var ki, onlardan özünə kolleksiya düzəldib.

Bu avtomobillərin sırasında:

"Aston Martin One-77" – qiyməti 1 milyon 700 min dollar

Gömrük generalı Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Bugatti, Ferrari... - FOTOLAR"Bugatti Veyron" avtomobilin qiyməti 2,6 milyon dollar
Gömrük generalı Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Bugatti, Ferrari... - FOTOLARKoenigsegg Agera – Qiyməti: $1.5 Milyon

Gömrük generalı Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Bugatti, Ferrari... - FOTOLAR


Xatırladaq ki, bahalı son model avtomobilləri arasında – Lanbargini, Fort, Bugatti, Ferrari, Porsche, Audi, Mersedess, Pogani və digər çeşidli maşınlar da yer alır. Həmin bahalı avtomobillərdən birini Novruzov, Fövqəladə Hallar Naziri Kamaləddin Heydərovun  oğluna hədiyyə edib.

Bu yaxınlarda mətbuatda gedən xəbərlərə görə, Kəmaləddin Heydərovun oğlanlarıda İngiltərədə bizneslərini bəzi səbəblərdən ləğv ediblər. Kəmaləddin Heydərovun oğlanlarının İngiltərədə biznesini ləğv edib ərəb ölkəsinə daşıması, Novruzovunda mülklərinin və bahalı kolleksiyasında olan bahalı maşınlarının təcili satılmasına səbəb nazirən gələn bilgisindir. Bir sözlə oliqarxların bu çür bənzər taktikləri milyardlarla ofşor pulların əmlaklar üzərində yuyulması daha əlverişli ölkələrdə, daha rahat hayata keçirilməsi mexanizimi hesab etmək olar...

ardı var

Paytaxt.org


Oxşar xəbərlər