Ümumiyyətlə, Azərbaycandakı idarəçilik sistemi saxta diplomlu, ali təhsili şübhə doğuran şəxslərin müxtəlif vəzifələrə, dövlət qulluğuna götürülməsinə niyə indiyə qədər göz yumub? Təbii ki, əksər hallarda bu adamların diplomları kimi, işə götürülməsi prosesi də “korrupsiya dəyirmanı”ndan keçib…
Yeri gəlmişkən, qeyd edək ki, hazırda da ABU-nun “yolunu” davam etdirən universitetlər var. Belələrinin sırasında ən çox adı keçən Azərbaycan Kooperasiya Universitetidir. Azərbaycanda Elm və təhsil naziri başda olmaqla, bu universitetdə təhsilin və korrupsiyanın hansı vəziyyətdə olduğunu bilməyən yoxdur. Ancaq ABU-nun məzunlarından gileylənən nazir eyni vəziyyətdə olan sözügedən universiteti “görmür”. Ona görə də bilmək olmur, kimdən kimə şikayət edir? Uzun illərdir mətbuat bu universitetdəki rüşvətdən, özbaşınalıqdan, təhsilin bərbad vəziyyətindən yazmaqdan yorulub. Ancaq buna məhəl qoyan yoxdur.