Sabiq SOCAR prezidenti, indiki İqtisadi İnkişaf naziri müavini Rövnəq Abdullayevin görünməz əli və gizli kassası rolunu oynayan Anar Əlizadənin neft traziti marşurutları ilə bağlı ilginc məlumatlar var.
Paytaxt.org-a daxil olan məlumatda bildiriir ki, qeyri-leqal yolla külli miqdarda vəsait əldə edən Anar Əlizadə daha sonra Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə və Səudiyyə Ərəbistatınnda öz böyük şirkətlərini quraraq tranzit marşurutlar yaradıb.
Ölkə mediasında haqqında az məlumat olmağına baxmayaraq o, Azərbaycan neftinin beynəlxalq aləmdə qeyri-leqal bsatışını həyata keçirən neft maqnatı kimi hamının tanıdığı simadır. Bu şəxs çoxsaylı şirkətlərin sahibi, sabiq SOCAR prezidenti, bu gün nazir müavini olan Rövnəq Abdullayevin gizli qara kassası rolunu oynayan Anar Əlizadədir.
Beləki, bir zamanlar SOCAR-da çalışan bir gəncin birdən-birə neft maqnatına çevrilməsi olduqca müəmmalı hesab edilir. Olduqca maraqlı məqamlar içərən bu şəxs 2010-cu ildə Azərbaycan neft ölkəsi kimi Avropanın bir neçə ölkəsinə neft və qaz satmağa başladığı deyilir. Bu işdə ona vaxt ilə uzun illər SOCAR prezidenti işləyən Rövnəq Abdullayev himayədarlıq edib və sadiq kadrına çevirib. Himayyə, sadiqlik və milyonlar Anar Əlizadəyə alternativsiz yeni imkanlar yaratdı. Bu imkanlar və missiya neftin müxtəlif yolarla Avropaya çatdırlması idi. Öz işində uğurdan, uğura gedən, Abdullayevin görünməz neft adamı Anar Əlizadə SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev isə uzun müddət SOCAR-ın Neft Emalı zavodunda Qaz sektorunun müdiri olub. Anarın qardaşı Bədəl isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə baş menecer vəzifəsində çalışıb.Və, bu işdə olan qohum, əqraba bütün təlimatları, Anar Əlizadə də daxil Rövnəq Abdulayevdən almışlar. Təlimat əsasında Azərbaycan nefti qeyri-leqal İtaliya bazarlarına çıxarılaraq "bren"də çevrilir. Hər zaman R. Abdullayevin təlimatlarına sadiq qalan Anar Əlizadə Azərbaycan neftini Türkiyə üzərindən nəinki İtaliyaya həmçinin o zamanlar torpaqlarımızı işğal edən, minlərlə əsgərlərimizi öldürən, yüzlərlə mülki vətəndaşımızın ocağını söndürən Ermənistana satmağa belə nail ola bilmişdi. Bununla yanaşı ölkə neftini Macarıstan, Gürcüstan,Ukrayina, Moldaviya, Ruminiya və digər daha çox neft etiyacı olan dövlətlərə bazar rolunu oynaya bilmişdi.
Bildirək ki, Türkiyədə böyük ofislərə və milyonlara sahib olan A.Əlizadə Azərbaycan neftini qeyri-leqal yollarla adları keçən dövlətlərin bazarlarında baha qiymətə satışın təşkil edə bilib. Bu illər ərzində qeyri-leqal yolla külli miqdarda vəsait əldə edən Anar Əlizadə daha sonra Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə və Səudiyyə Ərəbistatınnda öz böyük şirkətlərini quraraq tranzit marşurutlar yaratmağı da bacarıb. Məhz qeyri-leqal yolla külli miqdarda Azərbaycan büdcəsinə zərbə vuran gənc neft maqnatının yenə də himayyədarı R.Abdullayev olub. DTX-nın son məlum əməliyyatından sonra, Abdullayev klanının tənəzzülə doğru getdiyi israrla deyilir. Çünki, gələn məlumatlrarda bildirilir ki, Adnanın həbsi, Anar Əlizadənin istintaqa cəlb edilməsi, R.Abdullayevi onlarla xarici ölkəyə qeyri-leqal neft satan yaxınlarının himayədarı və təlimatçısı kimi başını sağalmaz dərdə salıb. Həttda daxil olan məlumatda, Adnan Əhmədzadə və Anar Əlizadə nazir müavini Rövnəq Abdullayevlə bağlı bütün əlaqələrini səmimi olaraq etiraf etdikləri də deyilir. Əgər deyilən faktlar subuta yetərsə, R.Abdullayev yaxın günlərdə işdən çıxarılıb həbs ediləcəyini medi manşetlərində görə biləcəyik...!
Mövzuya qayıdacağıq
Paytaxt.org