Manşet

Ov həvəskarı icra başçısının 20 min dollarlıq ov itləri - Fərzəliyev hansı pulla itlərinə ayda 10 min manatlıq ət yedirdir?

post-img

Abşeron icra başçısı Abidin Fərzəliyev 20 min dollara yeni ov iti aldığı deyilir.

Paytaxt.org-a daxil olan məlumatda bildirilir ki, icra başçısının xarici ölkələrdən gətirdiyi ov itlərinə təlimçi belə tutub.

Ov həvəskarı olan Abşeron icra başçısı Abidin Fərzəliyev növbəti mövsümə bahalı ov itlərinin sayını artıraraq, onların arasına daha bir yeni cins heyvan əlavə edib.

Məlumatda deyilir ki, Fərzəliyevin yeni cins ov itinin qiyməti 20 min dollara yaxındır. Bu heyvanın saxlanılması və təlim görməsi üçün də elə həmin ölkədən təlimçi gətizdirib. İcra başçısı həmin təlimçiyə hər ay heç də kiçik olmayan məbləğlər ödədiyi vurğulanır.

Bu əsnada bildirək ki, Abidin Fərəzliyevin bundan əlavə daha bir-neçə cins ov itləri vardır. Onların aylıq qida və saxlanma xərclərinin on min manatdan çox olduğu da iddia edilir. Maraqlısı odur ki, Fərzəliyev hansı pulla itlərinə ayda 10 min manatlıq ət yedirdir? Həqiqətəndə DTX tərəfindən Abidin Fərəzliyevin də icra başçısı işlədiyi dönəmlərin araşdırılmasına ehtiyac vardır. 

Bildiririk ki, Abşeron icra başçısı Abdin Frzəliyev, bir neçə gün öncə DTX-nın həbs etdiyi, Səbail Rayon Məhkəməsi barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçdiyi 1995–2019-cu illərdə PA rəhbəri "Boz Kardinal" Ramiz Mehdiyevin vaxti ilə icra başçısı vəsifəsinə təqdimat verdiyi şəxslərdən biridir.

Xatırladaq ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunub:

• 278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;
• 274-cü maddə – dövlətə xəyanət;
• 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər