Manşet

"Zaur press" saytının rəhbəri Günel Kərimova SAXLANIDI

post-img

"Zaur press" saytının rəhbəri çox sayda dələduzluq yolu ilə onlarla vətəndaşı aldatdığı üçün Nərimanov rayonunda həbs edilib. 

Paytaxt.org-a bu barədə onun yaxınları məlumat verib. 

Daxil olan məlumatlara görə "Zaur press" adlı sayta rəhbərlik edən Kərimova Günel İtayyət qızı bir neçə saat öncə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Bu şəxs illərdir özünü kişi olaraq təqdim edərək qadınları tora salmaqla məşğul olub. Bir çox qadınların etibarından sui-istifadə etdərək onlara on min manatlarla zərər vurduğu da deyilir. Özünü Zaur kimi təqdim edən bu dələduz, əslində Günel Kərimovadır. Bu qadın 20-yə yaxın vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirdiyi üçün saxlandığı bildirilir. 

Ətraflı məlumat verməyə çalışacağıq

Oxşar xəbərlər