Homepage / Ölkədə vəziyyət daha da GƏRGİNLƏŞDİ, minlərlə insan Azadlıq Meydanına axışdı - Xüsusi təyinatlılar və polis təcili hərəkətə keçdi

Ölkədə vəziyyət daha da GƏRGİNLƏŞDİ, minlərlə insan Azadlıq Meydanına axışdı - Xüsusi təyinatlılar və polis təcili hərəkətə keçdi

Aaxşam saatlarından Tiflisin mərkəzi meydanı olan Azadlıq Meydanında aksiyalar yenidən bərpa edilib. 

Paytaxt.org xəbər verir ki, bu aksiya gecə saatlarında da davam edib.

Bildirilib ki, artıq əraziyə polis xüsusi təyinatlıları və su şırnaqları gətirilib. 

Etiraz edən insanlarla bərabər Gürcüstan prezidenti Salome Zurabişvili aksiyanın keçirildiyi Azadlıq Meydanına gəlib. O, aksiya iştirakçılarının önündə çıxış edib. Lakin onun çıxışı yarımçıq kəsilib və mikrofon işləməyib. Bundan əvvəl Salome Zurabişvili həbsxanaya düşmək təhdidlərindən qorxmadığını və səlahiyyət müddəti bitdikdən sonra da prezident və ali baş komandan olaraq qalacağını bildirib. 

Bildirilib ki, yaxın vaxtlarda Gürcüstan prezidenti Salome Zurabişvili Rustaveli prospektində də çıxış etmək niyyətindədir. Müxalifət və onun tərəfdarları onun yeni parlament seçkilərinin təyin edilməsini gözlənilir.

23-12-2024, 03:54
Go back