Homepage / Hava Limanında əməliyyat: Daha bir vəzifəli şəxs küllü miqdarda qızılla SAXLANILDI/VİDEO

Hava Limanında əməliyyat: Daha bir vəzifəli şəxs küllü miqdarda qızılla SAXLANILDI/VİDEO

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.


Paytaxt.org-un əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.


Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.

Bakupost.az

30-12-2024, 15:35
Go back