Homepage / Bu istiqamətə bütün uçuşlar təcili DAYANDIRILDI - AZAL rəsmi məlumat YAYDI

Bu istiqamətə bütün uçuşlar təcili DAYANDIRILDI - AZAL rəsmi məlumat YAYDI

Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən "Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Bu barədə Paytaxt.org  "AZA"L-a istinadən xəbər verir.

"Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - məlumatda deyilir.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.

Musavat.com

8-01-2025, 21:09
Go back