Homepage / Azərbaycanda ov mövsümü bağlıdır, ərəb turistlər isə Şəmkirdə “Qırmızı kitab”da olan quşları ovlayır.

Azərbaycanda ov mövsümü bağlıdır, ərəb turistlər isə Şəmkirdə “Qırmızı kitab”da olan quşları ovlayır.

Zəngin ərəblər yenidən Azərbaycana təşrif buyurub. Bakıya gəldikdən sonra paytaxtımızın ən məşhur və eləcə də bahalı otellərində istirahət edəndən sonra ov sevdasına düşüblər. Məlumata görə, zəngin ərəb turistlər Şəmkir rayonu ərazisində “Qırmızı kitab”a düşən bəzgək ovlamağa aparılıb. 

Bu barədə “Ekofront” Hərəkatı məlumat yayıb.
Xəbərdə deyilir ki, 11 avtomoblidən ibarət ovçu karvanı hazırda Şəmkir ərazisindədirlər.  Xatırladaq ki, Azərbaycanda ov mövsümü bağlıdır. Amma, görünür bu halın ərəblərə heç bir dəxli yoxdu. Görəsən, ETSN və DETX və nazirliyin digər cavabdeh qurumları nə düşünür, nələr etmək fikrindədirlər. Baxın, hamı kimi burası bizlərə  də çox maraqlıdır!
18-01-2025, 03:23
Go back