Homepage / Ucar Su Meliorasiya Sistemləri Birliyinin rəis müavini böyük su boruluranı oğurlatdırıb satdırır/İDDİA

Ucar Su Meliorasiya Sistemləri Birliyinin rəis müavini böyük su boruluranı oğurlatdırıb satdırır/İDDİA

Sosial şəbəkədə Ucar rayon Su Meliorasiya Sistemləri Birliyində korrupsiyanın tuğyan etdiyi barədə iddialar yayılıb.

Paytaxt.org  "Facebook" yayılan həmin iddianı təqdim edir

 "Ucar Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov böyük su boruluranı oğurlatdırıb satdırmaqla məşğuldur. Artıq çoxlu sayda böyük həcmli su boruları yerlərdən qazılaraq çıxarılıb, İdarənin (su anbarının) həyətinə yığılaraq yaxın günlərdə satılacaq. Özü ilə  vəzifəyə gətirdiyi Zərdab rayon sakini  Ceyran Miraslanlı operator vəzifəsində işləsədə müdir müavini Zaur Əzizovun yanında oturub bütün işlərə nəzarət edir. Necə deyərlər, Ucar Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun adamı olmasını bildirirərək talançılığa artıq start verib. Belə getsə, Ucarda su  boruları qalmayacaq. Hüquq mühafizə orqanları və Dövlət Su Ehtiyatları Agentliyi bu məsələni təcili araşdırıb tədbir görməlidir. Artıq tərəfimizdən rəsmi şikayətlər göndərilmişdir" deyə "Göyçay Ucar İsmayıllı Zərdab" adlı səhifədə yayımlanmışdır.


Ucar Su Meliorasiya Sistemlərinin istismarı idarəsindən dərc olunan yazıya münasibət bildirilib. 


Cavabda deyilir: 


"Boruların istismar müdəti bitib, tam yararsız vəzyətədi. Qanuna uyqun sökülərək idarənin anbarında saxlanılır. Yayılan xəbərlər tam əsasıs, yalnış məlumat"

24-01-2025, 19:20
Go back