Xətai rayonu Q.Məmmədov küçəsində yeni tikilən “sənədsiz obyekt” kimə məxsusdur?
İcra başçsısı Rafiq Quliyev növbəti dəfə də qanunsuz tikili məsələsi ilə gündəmə gəlib.
XALQ.AZ-a göndəriən məlumatda qeyd olunur ki, Xətai rayonu, Q.Məmmədov küçəsində 1000 kv/ m yaxın qanunsuz obyekt tikilir, avtomobil və piyada yolu zəbt edilib. Həmin ərazidə yaşıllığın olmasını sakinlər təsdiqlədi, traktorla gecə ilə ağaclar çıxarıldı deyə bildiriblər.
Yeni tikilən obyektin arxa hissəsində tikinti işləri yeni başlayıb, qazıntı aparılır və fotolarda göründüyü kimi tikinti materialları yenicə gətirilib. İddilara görə ərazidə tikinti işləri qanunsuz aparılır, obyekt sahibi vəzifəli şəxs olduğu bildirilir.
Məsələni aydınlaşdırmaq üçün Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq lakin zənglərimizə cavab verən olmadı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də münasibət bildirmədi. Eyni qayda ilə Bakı şəhər icra Hakimiyyətidə qanunsuz tikinti ilə bağlı heç bir açıqlama verilmədi.
Bəs görəsən bu sənədsiz yeni tikilən obyektin sahibi kimdir ki, qurumlar susurlar.
Qeyd edək ki, 2019-cu ildən Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.
Qurumların munasibətini dərc etməyə hazırıq.
Məlumatda oda bildirilir ki, vəzifəli şəxs tərəfindən inşa edilən bu qanunsuz obyek rus qəbrstanlığı ərazisinin də bir qismin zəbt edib. Bu da rus xalqına ən böyük təhqir və milli terror hesab edilə bilər. Axı bizim bu çox hörmətli məmurlar nədən bilmirlər ki, belə mənvi hadisələr iki dövlət arasında haqlı narazılıq yarada bilər. Halbu ki, iki dövlət başçıları yaxın dost və stradeji müttəfiqdilər. Rayon icra başçısı nədən bundan xəbərsizdir!
Mövzuya qayıdacağəq. Bizi izləyin!