Homepage / "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun "İntegras"iyası - 8.4 milyon manatı da Məshəti Həsənovaya göndərə bilər

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun "İntegras"iyası - 8.4 milyon manatı da Məshəti Həsənovaya göndərə bilər

Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin "Baki şəhəri, Sabunçu və Xətai rayonlarının paylayıcı elektrik şəbəkələrində enerji təchizatının dayanıqlığının artırılmasi məqsədilə görülməsi vacib olan işlərin"  satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi tenderin qalibi “İntegras” MMC olub.

32gun.az-ın məlumatına görə, tərəflər arasında 8.433.238,14 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Tenderin qalibi olan “İntegras” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Abdulla Şaiq, ev 214, m. 99-da yerləşir. Nizamnamə kapitalı 50 manat olan ““İntegras” MMC 2 noyabr 2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Həsənova Məhsəti Hüseynalı qızıdır.

“İntegras” MMC bu günə kimi ancaq “Azərişıq” ASC-nin keçirdiyi tender müsabiqələrində qalib olub.

Qeyd edək ki, "Azərişıq" ASC-nin rəhbəri Vüqar Əhmədovdur.

18-04-2025, 00:23
Go back