Homepage / Nəsimi RİH-dən qanunsuz tikintilərə “yaşıl işıq” - ağaclar kəsilir, səkilər zəbt olunur/VİDEO

Nəsimi RİH-dən qanunsuz tikintilərə “yaşıl işıq” - ağaclar kəsilir, səkilər zəbt olunur/VİDEO

Paytaxtın Nəsimi rayonunda qanunsuz tikinti zamanı  səkini belə zəbt etdilər.

Nəsimi rayonu Mirmahmud Kazımovski küçəsində iki mərtəbəli  qanunsuz obyektin tikintisinə icazə verirlib.?  Qanunsuz tikintilərə “yaşıl işıq” yandıran  Nəsimi rayon icra hakimiyyətidir. Sosial platformada və mətbuatda mütəmadi Nəsimi  rayonu ərazisində yaşıl ağacların kəsilməsi və qanunsuz obyektlərin tikintisi ilə bağlı yazılar dərc olunur. Lakin belə məsələlərə aidiyyatı qurumlar heç bir lazimi tədbir görmür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  rəsmi məlumat bazasında Nəsimi rayonu M. Kazımovski küçəsində   hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.

Məsələ ilə bağlı Nəsimi  rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.

Həmçinin qanunsuz tikinti ilə bağlı  Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.

Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.

Ətraflı videoda:

 

media-088media-089

Xalqa.az

26-05-2025, 01:27
Go back