Homepage / SON DƏQİQƏ: DTX icra başçısını saxladı

SON DƏQİQƏ: DTX icra başçısını saxladı

Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti keçirir.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində Balakən Rayon İcra Hakimiyyətində saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.

Əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir.

Əlavə məlumat veriləcək.


30-10-2025, 11:24
Go back