Şərafət Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevin ən yaxın silahdaşlarından biri kimi, Xidmətin kadr potensialının peşəkarlaşdırılması, saflaşdırılması və yüksək vətənpərvərlik ruhuna malik zabitlərdən formalaşdırılması istiqamətində əvəzsiz xidmətlər göstərmişdir.
Onun prinsipial mövqeyi, dövlətə sədaqəti, tələbkarlığı və peşəkarlığı DTX-nin nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır və bu şərəfli fəaliyyət hər bir zabit tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır.
Ulu Öndər Heydər Əliyevin “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və iş üslubu olsun” fikri Şərafət Həsənovun timsalında öz parlaq təsdiqini tapır.
Paytaxt.org-un rəhbəri və kollektivi bu əlamətdar gün münasibətilə Şərafət Həsənovu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli və məsuliyyətli fəaliyyətində davamlı uğurlar arzulayıram. Dövlətimizə və xalqımıza xidmət yolunda atdığı hər addımın daim uğurla nəticələnməsini diləyirəik!