Homepage / Prezident DTX-yə yeni səlahiyyət verdi

Prezident DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib.

Paytaxt.org xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini bundan sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həyata keçirəcək.

Bu gün, 17:15
Go back