Homepage / Qazaxda böyük SAXTAKARLIQ - Qədim tikli dağıdılıb mağazaya ÇEVİRİLDİ, icra başçısının belə qanunsuzluğa gücü yetməyib?/VİDEOMÜRACİƏT

Qazaxda böyük SAXTAKARLIQ - Qədim tikli dağıdılıb mağazaya ÇEVİRİLDİ, icra başçısının belə qanunsuzluğa gücü yetməyib?/VİDEOMÜRACİƏT

Qazax rayonunun Murtuza Carçıyev küçəsi ev 20 ünvanında qədim yaşayış evi qanunsuz yollarla dağıdılıb ticarət müəssisənə çevrilir.

Paytaxt.org xəbər verir ki, bu barədə rayon sakini Sara Qədimli videomüraciət yayıb.

 Şikayətçi Sara Qədimli bildirib ki, fərdi yaşayış evi, saxta sənədlərlə Mehman, Səməd və Adil adlı şəxslərə satılaraq qanunsuz obyektə çevrilməkdədir.

"Mən bu barədə Prezidentə, Birinci xanım Mehriban Əliyevaya, Baş prokurora, İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Fövqəlada Hallar nazirinə sizin media vasitəsi ilə müraciət edib, kömək istəyirəm ki, bu qanunsuz və saxtakarlıq cəzasız qalmasın. Məmməd Əliyevin arxasında durduğu Mehman, Səməd və Adil adlı vətəndaşların əməlinə hüquqi qiymət verilməsini...!

Hadisədən görünür ki, Qazax rayon icra başçısının qəbulunda olan Sara Qədimlinin şikayətinin həllinə belə rayon rəhbərinin gücü yetməyib. Göründüyü qədər ya, icra başçısının bu məsələdə nəsə marağı olub, yada ki, rayonda idarəçilik sual altındadı...!

Mövzu diqqətimizdədi, daha ətraflı məlumatlar və video yayımlar etməyə çalışacağıq!

Onuda bildirək ki, Sara Qədimlinin videomüraciəti Bakunews.az -ın "Youtube" səhifəsində yayımlanıb.




11-09-2026, 12:49
Go back