Homepage / Saxlanılan “Plazalar kralı” görün hansı məşhur şəxsin kürəkəni imiş - FOTO

Saxlanılan “Plazalar kralı” görün hansı məşhur şəxsin kürəkəni imiş - FOTO

Bir müddət əvvəl həbs edilən “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi xalq yazıçısı, AYB sədri Anarın nəvəsinin həyat yoldaşıdır.

Paytaxt.org axar.az-a istinadən xəbər verir ki, Qafar Dəmirçi yazıçı Günel Anarqızının övladı Sezen Məmmədli ilə ailə həyata qurub.


2022-ci ilə evlənən cütlüyün bir qızı var.

Qeyd edək ki, “Plazalar kralı” kimi tanınan AQQ şirkətinin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.



14-12-2024, 17:01
Go back