RƏSMİ XƏBƏRLƏR / BANNER

Vilayət Eyvazov kapitan Əhməd Baloğlanovu mühüm vəzifəyə təyin etdi - SON dəqiqə

post-img

Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

Paytaxt.org unikal-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Tağızadə Əlhüseyn Elşən oğlu Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsinə rəis təyin olunub.

Digər əmr ilə polis kapitanı Baloğlanov Əhməd Bilal oğlu Şirvan ŞPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi təyin edilib.

Qeyd edək ki, onlar bu təyinata qədər Şirvan ŞPŞ-də çalışıblar.

Oxşar xəbərlər