RƏSMİ XƏBƏRLƏR / BANNER

Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev təcili Prezident Administrasiyasına ÇAĞIRILDI - SON DƏQİQƏ

post-img

Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev bu gün Prezident Administrasiyasına çağırılıb.

 Paytaxt.org Gununsesi.info-ya istinadla xəbər verir ki, Səfər Mehdiyev PA rəhbərliyi tərəfindən qəbul edilib.

Məlumata görə, Səfər Mehdiyevin Administrasiyada qəbulu 2 saatdan artıq çəkib.

Qeyd edək ki, Gömrük Komitəsi büdcə öhdəliklərini yerinə yetirən qurum olsa da, fəaliyyətində ciddi ictimai narazılıqlar çoxluq təşkil edir.

Ötən 2 il ərzində gömrük orqanlarında bir neçə anti-korrupsiya əməliyyatları keçirilib.

Oxşar xəbərlər