Oxu24.com xəbər verir ki, bu barədə Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Yaraq-Qazmalar məntəqəsinin yenidən qurulması 2022-ci ilin sonuna kimi onun keçid qabiliyyətini demək olar ki, üç dəfə artırmağa imkan verəcək.
Yaraq-Qazmalarda 2020-ci ilin iyul ayından fəaliyyət dayandırılmadan yenidənqurma işləri aparılır. Məqsəd onun keçid qabiliyyətini artırmaq, nəzarət prosedurları üçün sərf olunan vaxtı azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır.