Homepage / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına müraciət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına müraciət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına. 


Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev cənabına. 

Surəti :Azərbaycan Respublikasının Prezident Administrasiyasının Hüquq və Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənabına.

 Surəti :Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.

 Surəti : Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov cənabına. 

Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Məhkəmə - Hüquq Şurasının sədri İnam Kərimov cənabına. 


Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 3-cü Mədən ərazisi, fərdi evdə yaşayan, 230040771 nömrəli cinayət iş üzrə zərərçəkmiş Elcan Elgün oğlu Beybudovun qanuni nümayəndəsi Comərdov Elxas Səfi oğlu tərəfindən 


 MÜRACİƏT 


Hörmətli  Prezident  Cənabları ! İlk  öncə, hər bir Azərbaycanlının  Prezidenti olduğunuza, məndə o hər bir Azərbaycanlıdan biri  olduğuma  görə,  Sizdən  dönə-dönə xahiş  edirəm... Düz  1 il  2 aydı  məni narahat  edən  suallarıma  cavab  tapa  bilmirəm. Nədəndirsə, heç  məni, Baş Prokurorun qəbuluna da yazmırlar, onlayn qəbula yazılmağa  müraciət  göndərirəm  qeydiyyata  almırlar, hətda  Administrasiyanın  Hüquq və Mühafizə Orqanları ilə iş şöbəsində  video - qəbulda  oldum, dedilər məktub yaz, sizi Baş Prokurorla görüşünə yazaq, məktub yazdım, teleqram göndərdim  yenə xeyri olmadı. Deyirəm, yəqin  onları da  eşitmədilər. Kimdirsə bu işin arxasında  duran, deyəsən "yekə" adamdı. Odur ki, lacım sizə qalıb. Odur ki, məni narahat  edən  sualı  buradan  birbaşa  sizə ünvanlayıb, xahiş  edirəm, bu sualıma  cavab  vermək  üçün  adın bu müraciətdə çəkdiyim  məmurlara göstəriş verib, tapşırın. Sualıma  ağlabatan  bir  cavab  tapsınlar ; —  Yuxarıda qeyd etdiyim  cinayət  işi ilə bağlı,  özləri yazıb, pozub  topladıqları  istintaq  materiallarına  görə, həmin  işin  içində olan sübutlara  əsaslansaq  görərik ki, bu cinayət əməli yüzə-yüz  ölümə cəhddir. Yəni, Azərbaycan Respublikası CM-nin 29 və eyni zamanda 120.2.4 maddəsi  ilə  cinayət işinin istintaqı  aparılmalı idi. Lakin bizim  savadlı, peşəkar  istintaqçılarımız  nəyinsə müqabilində, yoxsa kiminsə tapşırığı ilə  elə istintaq  aparıblar ki, özlərini də dolaşdırıblar, məni də. 

Ha  fikirləşirəm, bir yana  çıxmıram, bir yandan  şübhə, bir yandan da,  şübhədən yaranan  suallar  məni  boğur.  Vətəndaş olaraq  cavab  tapa bilmədiyimdən  sualımı  Sizə  ünvanlayıram. Toplanan  sübutlarla  törədilən əməlin, Azərbaycan  Respublikasının  Cinayət Məcəlləsinin  29 və eyni zamanda 120.2.4 maddəsi  ilə   təsdiq  edilə biləcəyi halda, bizim  istintaqçılar və prosessual rəhbərliyi həyata  keçirənlər,  bu cinayətdə təqsirləndirilən  şəxsin əməlin, CM - nin 126.1 və sonradan 126.2.4 və 221.3 tövsif  edərək, onun barəsində həbs qətimkan tədbiri seçməyib, "ev  dustaqlığı"  ilə əvəzlənməsini  nə qədər  pulun  müqabilində  etmək  olar...?  Mən, heç də böhtan atmıram. Ölkənin hüquq-mühafizə orqanlarının böyük  səfərbərliyi  sayəsində  mühafizə olunan təqsirləndirilən şəxsin hüquqların müdafiə edən hörmətli  vəkil,  bunu, 29.11.2023 - il tarixli İş N 4 (001) - 1169/2023 saylı  Qərarının 4 və 5 səhifədə  Binəqədi Rayon Məhkəməsində  keçirilən  iclasında, guya  bizim yazdığımız ərizələrdə  qeyd etmişik ki, - " təqsirləndirilən  tərəf bu iş üçün 80 000 (səksən min) manatdan  yuxarı pul xərcləyib". Hələ  mən, Apellyasiya Məhkəməsində hakim  Həsən Əhmədovun  sədrliyi ilə keçrilən  iclasda,  hörmətli  kollegiya üzvlərinin birinin, müstəntiqə - "bu azyaşlıdı ey, bunlar nə fikirləşir" - deyib, sual etməsinə, həmin  vəkilin  baş barmağını, şəhadət barmağına sürtərək  müstəntiqə him-cim etməsini demirəm. Yəqin məhkəmənin  video-müşahidə kamerarası onu yaddaşında saxlayar. Bunu  bilmirəm. Amma, deyəsən bu  onların  çıxan xərclərinin  ümumi məbləğinin həcmidi,  vəkil  bəlkə dolayısı ilə  belə  çatdırır, deyə bilmərəm, ancaq bilirəm ki, toplanan materiallardan  üç qat  çox  şikayət ərizəmiz, müraciətimiz, etirazımız  olub, heç  bir yerdə  belə bir  cəfəngiyat  işlətməmişik. İndi bu məsələ yadıma düşdü deyə, Sizə belə sual ünvanlayıb, xahiş etdim ki, göstəriş verin  aydınlıq  gətirsinlər. Məndə əl çəkim. Onsuzda demişəm, səsimin Sizə çatdırılması üçün bütün vasitələrdən istifadə edəcəm. Beynəlxalq təşkilatların nümayəndələrinə, keçiriləcək beynəlxalq tədbirlərin təşkilat  komitəsinə, orada iştirak edəcək nümayəndələrə, jurnalistlərə, ölkəmizdə  fəaliyyət  göstərən  xarici ölkə səfirliklərinə, lap bu maddə ilə höküm  oxunsa belə  səsimi Sizə çatdıracam. Buna, bu gün mənə əngəl  törədənlər də  əmin olsun.

 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və sonradan  həmin məcəllənin 126.2.4 və 221.3 maddəsinə tövsif edilmiş  əmələ görə həbs qətimkan tədbiri əvəzinə  təqsirləndirilən şəxs barədə, nə qədər məbləğin müqabilində "ev dustaqlığı"  seçilə bilər...? Çıxarılan  məhkəmə  qərarları qeri-qanunidir. Çünki, Sizin  10. 02. 2017-ci il tarixli Sərəncamınıza  istinad olunub, həmin maddələrlə ittiham olunan təqsirləndirilən şəxs "ev dustaqlığı"na  buraxılıb. Ancaq həmin sərəncamın  girişində yazılıb ki, - "az ağır, xüsusilə İqtisadi fəaliyyət sahəsində cinayətlər"... Çox istəyərdim ki, kiməsə, hansısa  quruma yarınmaq  üçün növbəyə durmuş  hüquqşünaslardan  tutmuş, özünə hörmət qoyan  hüquqşünaslara qədər  istənilən  şəxs  suallarıma  aydınlıq  gətirə bilər. Yazdığım müraciətlərə, ərizələrə cavab verməmək üçün  səfərbər olan dövlət qrumlarının  vətəndaş məktublarına cavabdeh  şəxsləri,  nə vaxta qədər  məktublarımı gizlədəcəklər,  tədbir  görülməmiş  saxlayacaqlar...? Bilirsiniz  bunlar nəyə görə edilir Cənab Prezident...? Bəlkə də o  o vəkil  düz deyir, məndə yazıram, bunlar gizlədir, cavabsız saxlayır. Yəqin hər yazdığım dan divident  götürürlər. Hörmətli  Prezident  Cənabları ! Alayarımçıq, tamamlanmamış, hüquq  anlayışından başqa  bütün  eybəcərlikləri  qorxmadan, çəkinmədən, qayda var, qanun var demədən, danışdığım  cinayət  işinə pərçim  edib, guya  hüquqa  uyğunlaşdırmağa  çalışdıqları  bu  cinayət  işinin tamamlanmasın  Ağır Cinayətlər Məhkəməsinə  tapşırıblar. 

Bu  vaxta  qədər sayca  5-ci olan  məhkəmədə, bir  məhkəmə qanunauyğun  keçirildi. O da,  təqsirləndirilən şəxsin  hazırlıq  iclasına  başqa  məhkəmədə  prosesinin  olması  ilə  iclasa  qatıla  bilməyən  vəkilə  görə, hazırlıq  iclasının  təxirə  salınması  idi. Bir dənə  qanuni  məhkəmə  prosesi  bu oldu. Bundan sonra təyin olunan  bütün  məhkəmələr birtərəfli, zərərçəkən tərəf kimi danışmaq  istəyəndə, qarşı tərəfin  yalanlarına, böhtanlarına  cavab  vermək istəyəndə, "zaldan çıxarılacağımızla" təhdid olunduq, "yerindən danışma" - deyərək susdurulduq. Hakim özüdə bizə  böhtanlara, yalanlara  cavab  verməyə  şərait yaratmadı, yəni  söz  hüququmuzu  tanımadı. Yalnız bircə dəfə, təxirə  salınmış  hazırlıq  iclasından  çox  əvvəl  göndərdiyimiz, Azərbaycan Respublikası CPM-nin 303 - cü, həmin məcəllənin 306 - cı   maddənin  tələblərinə  uyğun, - "Cinayət  işinə xitam  verilib  Prokurorluğa qaytarılmasına" və "Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə" dair  verdiyimiz  vəsatətlərə, guya baxırmış kimi, - "sən bunun həbs  olunması niyə istəyirsən" - sualına, qanuni nümayəndənin, - "O cinayət ən o, niyə tutulmalıdır ki? - sualla cavabın eşidib, -" hə, otur, otur"- dediyindən başqa bizə söz  verilməyib. Amma, qarşı tərəfə söz veriləndən sonra, hörmətli vəkil öz ampluasında bir şou  göstərdi gəl görəsən. Hakimdə dahi  Sokratın  hakimlər haqqında dediyi, - hakim səbrlə  dinləməli..." tövsiyəsinə uyğun  dinləyirdi. Qarşısında alayarımçıq olsada, kobud qanun pozuntuları ilə aparılsada, əməlin törədilməsini sübut edən  ittiham aktında  yazılanlara  toxunub, ay bala bu belə deyil axı, burada belə yazılıbsa demədən, tamaşanın  yekunlaşmasına  gözlədi. İclas növbəti dəfəyə  saxlanıldı.

 Növbəti  məhkəmənin vaxtın vəkillərin  proses qrafikinə  uyğun  quracağlarına görə vaxt  əvvəldən  elan olunmamışdı. Növbəti  məhkəmə günündən əvvəlki  axşamı, yəni səhər  saat  12-45 təyin  olunan  iclasın bildirişin onlayn, mesajla saat 18-00-dan sonra göndərdi, özüdə iclas zalının yerin  dəyişdirməklə. İşlərimizi  Əvvəlcədən planlaşdırmamağımızdan, zal axtardığımızdan,  məhkəməyə 15 dəqiqə  gecikdik. Zalın qapısın döydü, dedilər, iclas oldu, bir məsələyə baxdılar, təqsirləndirilən şəxsin polis nəzarətinə verilmə vaxtından 15 gün keçib,  onu bərpa edib  məhkəməni  təxirə saldılar. Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilovun qəbuluna yazılanda öyrəndik ki, 11 ay ibtidai istintaq dövründə qanuni nümayəndə olmuş ananı, qanuni nümayəndəlikdən çıxarıblar, hadisədə adı şahid  kimi keçən  digər oğlunun qanunu nümayəndəsi kimi göstəriblər. Onda bildik ki, bu,  CPM  uyğun   verilmiş  vəsatətlərimizin  baxılmamış  saxlanması üçün  bu edilib. Bunu, hakimdən  başqa  bir kimsə  edə  bilərdi...? Növbəti  iclasda  eşitdik ki, hadisəyə  şahidləri yox, arada söz - söhbətə  şahidlik  edənləri  iclasa şahid kimi  çağırıblar. Məni də, söz-söhbətə şahid kimi şahidlər üçün gözləmə  otağına  göndərəndə, əsəbləşib hakimdən  soruşdum. -Siz  hansı prosessual hərəkətlər etdiniz ki, artıq  şahid  çağırırsınız...? Hakim sualıma duruxdu, üzün  dövlət ittihamçısına tutub, - "Siz hələ çıxış  etməmisiniz?" - deyib soruşdu. Bu sualı  mən qapıdan çıxanda eşitdim. Dönüb arxaya baxdım. Bundan sonra dövlət ittihamçısı  durub  çıxış edib. Sonra söz təqsirləndirilən şəxsə verilib. Təqsirləndirilən şəxsdə (bu təbbidi) özünü  müdafiə üçün  zərərçəkənin arxasıyca  o ki, var döşəyib. Çünki, həmin iclasa  şahidlərin çağırılmasını  bildi, mənim izahı dan sonra, - "əgər bura ədalət evidirsə, burada ədalətsizliyə  yer verilirsə mən bu evə girmirəm" - deyib, iclasa qatılmaqdan  imtina etmişdi. Təqsirləndirilən şəxsdə zərərçəkəni neçə dəfə  polis tutduğunu  deyəndə, qanuni nümayəndə ana, - "tutulsaydı, adı sistemdə olardı" - cavabına, təqsirləndirilənin, - "pul verib qurtarmısınız" - reaksiyasına, zərərçəkənin qanunu nümayəndəsi, - "pulnan iş görən sizsiniz" - deməyinə, hakim, - " yerdən  danışmayın, indi zaldan çıxaracam haa" - deyib, zərərçəkənin olmadığına görə  şahidlərin  dindirilməsini  məhkəmə qarışıq  təxirə salıb.

 İndi  məni bir sual maraqlandırır. Niyə hakim qarşı tərəfin, - "pul verib qurtarmısınız reaksiya vermir, amma, zərərçəkənin nümayəndəsinə  sonrada  söz hüququn tanımadan, deyilənə cavabına  belə  əsəbləşir...? Hansı ki, hakimin qarşısında  3 müstəntiqin, 2 prosessual rəhbərliyi  həyata keçirən  prokurorluğun  nəzarəti altında toplanan materiallarda, ölümə cəhd  edilməni  sübut  edən dəlilləri vəsatətlərimlə açıb ortaya qoysam belə, həmin cinayət işində bir çox  prosesual pozuntuları  qeyd  etsəm də, hakim  bunları  görməməzlikdən gəlir, amma, ciddi qanun pozuntuları ilə, qərəzli şəkildə  aparılmış, yarımçıq, tamamlanmamış ibtidai istintaq materiallarını məhkəmə  müstəvisində  tamamlamaq  istəyir...? Nəyin  müqabilində, çox hörmətli cənab Prezident. Nəyin  müqabilində...? Hələ  məhkəmə qərarında yüngülləşdirici  hallar  üçün  toplanan, gətirilən xasiyətnamələri, təltifləri kənara qoyub, 44 günlük  Vətən Müharibəsində iştirakına  dair arayış istəyir ki, - "mənə bunlar yox ey, 44 günlük müharibədə iştirakına dair arayış  gətir" - deyir. Nədən...? Mən bilirəm onuda  yazdırıb  gətirə biləcək  adamları var. Necə ki, xəstəxanada həkimə, tibbi ekspertiza həkiminə  sol qolu altında, 8 - 9 - cu  qabırğa arasında daxilə  nüfuz etmiş iki bıçaq xəsarəti, bu gündə gözlə göründüyü halda, bıçaqı bir yazdırırlar, qarşında heç bıçaq  cızığı olmadığı halda qarına nüfuz edən bıçaq xəsarətləri  yazdırırlar. Çünki, hərbi hospitalda polkovnikləri var. İstəsələr, 1941 - 1945 - ci ilin  də arayışın alıb gətirə bilərlər. İndi oturub fikirləşirəm, bunların  hakim qarışıq nə qədər xərcləri  çıxıb...? Vəkilə də söz verilmir ey, yenə nə isə deyə. Amma, hər şeyi etiraf edən şahidi özlərinə çəkəndən sonra  o deyir, - "istəyiniz onsuzda nail ola bilməyəcəksiniz,  mənim cibim  doludu" - onsuzda, təqsirləndirilən şəxs isə, - " bu işi yatıracağıq" - deyib, hələ  bizi təhdid edir. Hörmətli Prezident Cənabları ! Sualımı  Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər bir Azərbaycanlının  Prezidenti kimi  Sizə ünvanlayıram. Cavabın adı bu müraciətdə qeyd edilən  məmurlardan  verə bilər. Cavab  gözləyirəm... Bu gün, 10. 09. 2024-cü il tarixə, saat  09-40  təyin edilmiş  məhkəmə,  təqsirləndirilən  şəxsin  məhkəməyə  gəlməməsi  ilə  yenə təxirə salındı. Hakimə etiraz  edib, sual edib soruşuram ki, - " nədən, ötən dəfə, zərərçəkən iştirak etmədiyi  məhkəmə iclasında  məhkəmə iclası keçirib, təqsirləndirilən şəxsə söz verib, o da,  müdafiəsi üçün öyrədilmiş yalanları  danışdı, zərərçəkənin  qanuni nümayəndəsi bu yalana etiraz edəndə, -" zaldan  çıxaracağınızla təhdid edirdiniz, indi zərərçəkən burdadı, onuda dinləyin da" - deməyimə, toyuquna daş atdığım  qonşu kimi, mənimlə acığlı  danışıb, - "Ağsaqqal, sizin yazdıqlarınız müraciətlərin hamsına bir yerdə müzakirə edib cavab verəcəyik" - deyib, həyətinə gəlmiş adam kimi, məni, dövlət idarəsindən, - "gedə bilərsən" - deyib qovdu. Ancaq  düşünmədi ki, mənim müraciətlərimə  cavab vermək  üçün təyinat  və səlahiyyət  azlıq edər... Hörmətli  Prezident Cənabları ! Hakim qanuni  nümayəndə  kimi  təsdiq edilməyib. Hörmətlə, zərərçəkənin özünün  ərizəsi, qanuni nümayəndə  olan  ana  notariat qaydada  məni  qanuni nümayəndə  kimi  təsdiq etdirsədə,  baş prokurorun  qəbuluna düşə bilmədiyim kimi, hələ də hakim tərəfindən  qanuni nümayəndə kimi  hüquqi  təsdiqini  tapmayan, 


Elxas  Comərdov.

10-09-2024, 14:21
Go back