SİYASƏT / BANNER

TƏCİLİ! Azərbaycan Qazax istiqamətindən hücuma keçir?: “7 kəndi geri qaytarmaq üçün...”- ŞOK AÇIQLAMA

post-img

“Ermənistanın Azərbaycanla dövlət sərhədində təxribatlar törətməsi istisna deyil”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, sözügedən ölkənin diplomatik danışıqlarla heç bir şərtə əməl etmədiyini vurğulayıb:

 

“10 noyabr Birgə Bəyannamənin bir neçə bəndi, 26 noyabr Soçi razılaşması və nəhayət Brüssel danışıqlarında razılaşdırılan məsələlər kağız üzərində qalıb. Bununla bərabər, Ermənistan tərəfi məhz Brüsselin vasitəçiliyini fiaskoya uğradıb.  Azərbaycan "Qisas" hərbi əməliyyatları keçirməsəydi, Ermənistan Laçın şəhərini və Zabux kəndini boşaltmayacaq, yeni dəhliz yolunun Ermənistan ərazisində tikintisinə başlamayacaqdı. Bundan sonra da Ermənistan danışıqlarla deyil, yalnız Azərbaycanın hərbi güc tətbiqi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Praktika göstərir ki, Ermənistanla yalnız masa ətrafında deyil, sahədə danışmaq lazımdır”.


Ekspert bildirib ki, liderlərin razılaşdırılan növbəti Brüssel görüşündə də Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə bilər:

 

“Əgər İrəvan Qazaxın kəndlərini Azərbaycana qaytarmaqdan imtina edərsə, biz onları hərbi əməliyyatlarla azad edə bilərik. Ermənistan bunun qarşısını almaq üçün Rusiya hərbiçilərini qanunsuz olaraq həmin kəndlərdə yerləşdirib. Bununla bağlı Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir. Çünki, Rusiya hərbiçiləri de-yuri Azərbaycana aid ərazidə yerləşib. Brüsseldə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Azərbaycan güc tətbiq etməli, sülhə məcburetmə əməliyyatlarına başlamalıdır.  Proseslər də ona doğru gedir. Ümumiyyətlə, Brüsseldə keçirilən danışıqlara ehtiyac yoxdur. İrəvan bu kimi danışıqlarda əldə olunan razılaşmaları onsuz da yerinə yetirməyəcək”.

Oxşar xəbərlər