SİYASƏT / BANNER

SON DƏQİQƏ! Müharibə vəziyyətində KRİTİK GƏLİŞMƏ – Bakı və İrəvan arasında danışıqlar DAYANDIRILIR

post-img

Ermənistanın Azərbaycana qarşı dövlət sərhədində təxribatlar törətməsi istisna deyil. Hər gün dövlət sərhədində atəşkəsin pozulması, həmçinin Qarabağın dağlıq hissəsindəki ermənilərin qanunsuz silahlı birləşmələrinin təxribatları Azərbaycan Ordusunun antiterror əməliyyatlarını bərpa etməsini şərtləndirir.

Paytaxt.org xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan diplomatik danışıqlarla heç bir şərtə əməl etmir:

“10 noyabr bəyannamənin bir neçə bəndi, 26 noyabr Soçi razılaşması və nəhayət, Brüssel danışıqlarında əldə edilmiş anlaşmalar kağız üzərində qalır. Bununla yanaşı, Ermənistan Brüsselim vasitəçiliyini puça çıxarır, sabotaj edir. Hesab edirəm ki, Azərbaycan “Qisas” əməliyyatı keçirməsəydi, Ermənistan Laçın şəhəri və Zabux kəndini boşaltmayacaqdı. Eyni zamanda, Laçın dəhlizinə alternativ çəkilən yeni yolun Ermənistan ərazisinə düşən hissəsində tikintiyə başlamayacaqdı. Halbuki İrəvan danışıqlarda buna razılıq verib.

Qənaətimə görə, Ermənistan bundan sonra da öhdəliklərini dialoq yolu ilə yerinə yetirməyəcək, nəticədə Azərbaycanın hərbi gücə əl atmaq məcburiyyətində qalacaq. Praktika göstərir ki, Ermənistan masa ətrafında yox, hərbi meydanda başa düşür. Liderlərin Brüsseldə növbəti görüşü razılaşdırılıb. Amma görüşdən sonra Ermənistan yenə də boyun qaçıracaq. Görüş ərəfəsində və bundan sonra sərhəddə təxribata əl atması istisna deyil”.

Məhəmməd Əsədullazadə xatırladıb ki, qanunsuz silahlı birləşmələrin Qarabağın dağlıq hissəsindən çıxarılmsına paralel olaraq, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi də boşaldılmalıdır:

“İrəvan bu kəndləri Azərbaycana qaytarmaqdan imtina edərsə, Azərbaycan bunu hərbi əməliyyatlarla edə bilər. Ermənistan bu yöndə üzərinə düşən öhdəlikdən boyun qaçırmaq üçün Qazaxın işğaldakı kəndləri istiqamətində Rusiya hərbiçilərini yerləşdirib:

“Azərbaycan bununla bağlı Rusiyaya xəbərdarlıq etməlidir ki, hərbi əməliyyatlara başlasa, qarşısına maneə kimi çıxmasın.

Hesab edirəm ki, Ermənistan Brüsseldə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Azərbaycan güc tətbiq etməli, sülhə məcburetmə əməliyyatına başlamalıdır. Zənnimcə, proses də buna doğru gedir. Çünki görünən budur ki, Ermənistan rəhbərliyi öhdəliklərini xoşluqla yerinə yetirməyə hazır deyil. Belə olan halda güc tətbiqi labüd görünür. Artıq danışıqlar xatirinə danışığa ehtiyac yoxdur. Əgər Ermənistan Brüsseldə gözlənilən görüşdə və bundan sonra pozuculuq etsə, bu prosesə də qoymaq lazımdır. Bu da olsun, Ermənistana verilən sonuncu şans”. // teleqraf.com

Oxşar xəbərlər